Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Niyə qlükoza istehsalçısı qarğıdalını Rusiyadan alır?


Qarğıdalı
Qarğıdalı

Bank vəsaitləri, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda tikilmiş qarğıdalı emalı məhsulları kompleksinin zərəri 18 milyon manatı aşır. Zavodun mülkiyyətçisi «CPC» MMC bank kreditləri üzrə hesablanmış 10.2 milyon manat faiz borclarını da ödəməkdə çətinlik çəkir.

YERLİ QARĞIDALI EMALA YARAMIR

Şirkət maliyyə hesabatında 2017-ci ilin əvvəlinə banklara 50 milyon manat uzunmüddətli kredit borcunun olduğunu açıqlayıb. Oğuz rayonunda tikilmiş qarğıdalı emalı zavodu xammal tələbatını Rusiyadan idxal hesabına ödəməli olur. Şirkətin təchizat və logistika bölməsindən AzadlıqRadiosuna deyiblər ki, yerli fermerlərin istehsal etdikləri qarğıdalı sortları, əsasən, qida sənayesi yönümlü olduğundan, emala yaramır. Dövlət Gömrük Komitəsi bu ilin altı ayında 14.5 milyon dollar dəyərində 70 min tondan çox qarğıdalı idxal olunduğunu bildirir.

Bu il yerli fermerlərlə 800 hektara yaxın sahədə emala yararlı qarğıdalı əkini üçün üçtərəfli müqavilə bağlanıb. Əkin işlərini «Aqrarkredit» Bank Olmayan Kredit Təşkilatı maliyyələşdirib. «CPC» MMC isə qarğıdalını oğuzlu fermerlərdən satın alacağına təminat verib.

MAYA DƏYƏRİ YÜKSƏKDİR

Ötən il «CPC» MMC 4.8 milyon manat dəyərində şəkər əvəzediciləri – qlükoza, fruktoza, quru nişasta, maltoza satıb. Alıcılarsa ölkənin şirniyyat, qənnadı, konserv, süd məhsulları, eləcə də dondurma istehsalçılarıdır. Lakin yüksək maya dəyəri, inzibati və əməliyyat xərcləri nəticəsində şirkətin yarım milyon manatdan yuxarı zərəri yaranıb.

Müəssisə ildə 23 min ton şəkər əvəzedicisi istehsal etmək gücündədir. İstehsal gücünün neçə faizindən istifadə olunduğunu müəssisədə açıqlamırlar.

2011-ci ildə müəssisənin birinci mərhələsi istifadəyə verilərkən tikinti işlərinə və avadanlığın alınmasına 18 milyon manat sərmayə qoyulduğu bildirilmişdi. Hazırda onun əsas vəsaitləri 61 milyon manat məbləğində qiymətləndirilir.

XS
SM
MD
LG