Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Nehrəm sakini: Polis mayoru ailəmizə zülm edir


Əli İsmayılov
Əli İsmayılov

-

Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

«Poqonuna, bir də rayonun baş həkimi işləyən qardaşına arxayın olub bizə zülm edir. Hasarımızı dağıdır, özümüzü şərləməklə, tutdurmaqla hədələyir».

Babək rayonunun Nehrəm kəndində yaşayan Əli İsmayılov AzadlıqRadiosuna danışır ki, qonşuluğunda yaşayan Cəlil Məmmədov ailəyə, necə deyərlər, göz verib, işıq vermir. Dava isə iki həyət arasındakı hasarın davasıdır. Daha doğrusu, qonşular arasındakı torpaq sahəsinin:

«AİLƏMİZƏ QƏNİM KƏSİLİB»

«Torpağımızı 2002-ci ildə zəbt eləmişdi. 2003-cü ildə ora-bura müraciət elədim, torpaq şöbəsi gəldi, ölçdü-biçdi, dedi, «torpaq bu kişinin sahəsinə düşür», verdi mənə. Sənədlə-sübutla mənim torpaq sahəmdir. O vaxtdan ailəmizə qənim kəsilib. 13 ildir bizi öz sahəmizdə hasar çəkməyə qoymur. Mən hasar çəkirəm, o dağıdır. Dəfələrlə torpaq şöbəsi, polis gəlib, ara sakitləşib. Onlar gedəndən sonra yenə başlayıb bizi təhqir etməyə, daşları həyətimizə tullamağa».

Əli İsmayılovun sözlərinə görə, Babək rayon Polis Şöbəsində işləyən qonşusu həm də rayon xəstəxanasının baş həkimi olan qardaşına arxayındır. Ortada isə itirən onun ailəsidir:

«Bu adam nə istəyir, eləyir, «gözün üstə qaşın var» deyəni yoxdur. Arada isə mənim təsərrüfatım məhv olur. Kasıb ailəyik, əlilin pensiyası ilə dolanırıq. O pensiyanı qəpik-qəpik yığıb 150 manat xərc çəkib şifer aldıq ki, müvəqqəti hasar düzəldək. Nə vaxtsa imkan olanda daşla hörərik. Yenə gəldi, vurdu, dağıtdı hasarı. Həyətdə əkinimiz, toyuq cücəmiz var. Hasar yoxdur deyə, vəhşi itlər daraşır, təsərrüfatımıza zərər vurur. O gün hasarı dağıtdı, əlinə keçən daşları da həyətimizə tərəf tulladı, həyətdə olan əlil uşaq sarsıntı keçirtdi, dili tutuldu, uzun müddət danışa bilmədi».

CAVABSIZ ZƏNGLƏR

AzadlıqRadiosu şikayəti araşdırmaq üçün polis əməkdaşı Cəlil Məmmədovla bir neçə dəfə əlaqə saxlayıb. Ancaq Cəlil Məmmədov iki dəfə onun barəsində daxil olmuş şikayəti dinlədikdən sonra telefonu qapadıb. Bununla belə radionun əməkdaşı onun telefonuna ismarış yollayaraq, məsələyə aydınlıq gətirməsini xahiş edib. Cəlil Məmmədov ismarışı da cavabsız qoyub.

Əli İsmayılov deyir, rayonun prokurorluğuna və polisinə dəfələrlə gedib, şikayətini bildirib. Ancaq rayon prokurorluğundan «Qaynar xətt»ə bildiriblər ki, Əli İsmayılovdan şikayət daxil olmayıb.

Hüquqşünas Namizəd Səfərovsa Nehrəm sakininə şifahi yox, rəsmi şəkildə müraciət etməsini məsləhət görür.

XS
SM
MD
LG