Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Paşinyanın məlumatından 'Qarabağ' və 'yekun' sözləri niyə silinib?


Rusiyanın Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirməkdə iştirakı prosesə nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Rusiyanın Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirməkdə iştirakı prosesə nə vəd edir?

Aprelin 20-də Paşinyan habelə 30-40 min erməninin yaşadığı Nijni Novqorod şəhərinə baş çəkib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfərinin ikinci günündə rusiyalı həmkarı, habelə Dövlət Duması və Federasiya Şurasının spikerləri ilə görüşüb.

Azatutyunun Ermənistan baş naziri mətbuat xidmətinin məlumatına istinadən yazdığına görə Paşinyan Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə söhbətində Rusiya prezidenti ilə dünənki (19 aprel) danışıqlarına toxunaraq deyib:

“Biz prezident Putinlə məhsuldar müzakirələr apardıq, çox mühüm birgə bəyanatı qəbul etdik”.

Paşinyan deyib ki, bir sıra mühüm məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsinə, regional infrastrukturun açılmasına, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimtasiyası prosesinə dair yekun razılşama əldə olunub.

Azatutyun yazır ki, amma az sonra Ermənistan baş naziri mətbuat xidmətinin məlumatının mətnindən “Dağlıq Qarabağ” və “yekun” sözləri çıxarılıb.

Aprelin 20-də Paşinyan habelə 30-40 min erməninin yaşadığı Nijni Novqorod şəhərinə baş çəkib.

Rusiya Azərbaycan-Ermənistan komissiyasında - proses hara gedir?
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Paşinyan hərtəfli təzyiq altında

Azatutyunun məqaləsində habelə Rusiya müşahidəçilərinin Paşinyanın səfəri ilə bağlı fikirlərinə də yer verilib.

Kommersant qəzeti yazıb ki, Ermənistan bir tərəfdən Dağlıq Qarabağda Azərbaycanın, digər tərəfdən Moskvanın təzyiqləri ilə üzləşir.

Qəzetin yazdığına görə, “Rusiyanın Qərb dövlətləri tərəfindən təcrid olunduğu bir vaxtda dost ölkə başçısının səfəri xüsusilə mühüm idi”.

Məqalədə deyilir ki, belə qeyri-adi uzun bəyanatın qəbul edilməsi də bununla bağlı ola bilərdi.

Rusiya ekspertlərinin fikrincə, Moskva göstərmək istəyir ki, onun ənənəvi müttəfiqi Ermənistanla münasibətləri Azərbaycanla münasibətlərindən heç də az əhəmiyyətli deyil.

Onlar xatırladırlar ki, Azərbaycan prezidenti İlham Əliyev də iki ay bundan əvvəl Moskvada Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayıb.

Ekspertlər qeyd edirlər ki, Moskva bununla həm də xarici aləmə dostlarının az olmadığını, Cənubi Qafqazda isə hələ də mühüm rol oynadığını nümayiş etdirmək istəyir.

Ukraynada “xüsusi əməliyyata” baxmayaraq

Rusiyanın Kommersant qəzetinin geniş məqaləsində deyilir:

“Nikol Paşinyanın Moskvaya səfəri birdən-birə bir neçə məsələnin həlli üçün zəruri idi. Birincisi, Cənubi Qafqaz respublikaları arasında balansın saxlanması...İkincisi isə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağda və ondan kənarda yaranmış qarşıdurma ilə bağlı kəskin problemlərin müzakirəsi üçün. Və nəhayət üçüncüsü, Moskva nümayiş etdirmək istəyirdi ki, Ukraynada “xüsusi əməliyyata” baxmayaraq, onu sanksiya rejimi şəraitində dəstəkləməyə hazır olan müttəfiqləri var”.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, bəyanatın özündə “sanksiya” sözü olmasa da 9-cu maddədə deyilir:

“Tərəflər bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirləri ilə bağlı narahatlıq ifadə ediblər. Onlar, ərzaq və enerji təhlükəsizliyi, logistika da daxil bu tədbirlərin yaratdığı çətinliklərə birgə üstün gəlmək niyyətlərini ifadə ediblər”.

Azatutyun yazır ki, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir üzvü Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Bu baxımdan Rusiya ilə diplomatik münasibətləri olmayan Gürcüstan da istisna təşkil etmir.

“Status” sözü işlədilməsə də

Paşinyanla görüşündə Qərb sanksiyalarından baş nazir Mixail Mişustin də danışıb.

O deyib ki, “Rusiyaya dost olmayan ölkələr tərəfindən qanunsuz sanksiyalar şəraitində ikitərəfli ticarətdə milli valyutalardan istifadə mühümdür”.

Azatutyun yazır ki, Azərbaycanın bundan əvvəlki etirazlarına baxmayaraq, Putin-Paşinyan birgə bəyanatında “Dağlıq Qarabağ” adı iki dəfə işlədilib.

Azatutyunun yazdığına görə bəyanatda “status” sözü işlədilməsə də, Rusiyanın Dağlıq Qarabağın təhlükəsizliyini təmin edə biləcəyinə və buna hazır olduğuna dair “açıq eyham” var.

Kommersant qəzeti isə diqqəti belə bir məqama çəkir ki, bəyanatda “Dağlıq Qarabağ məsələsinin siyasi-diplomatik yollarla həlli” kimi ifadə işlədilib.

Minsk qrupu ilə bağlı Rusiyanın ziddiyyətli mövqeyi

Rusiya ekspertləri hesab edirlər ki, Rusiya tərəfinin mövqeyində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı da ziddiyyət var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki həftə əvvəl Minsk qrupunun daha mövcud olmadığını, çünki Amerika və Fransa tərəfinin Rusiya ilə əməkdaşlıq etmək istəmədiyini bildirmişdi.

Lakin aprelin 19-da Putin və Paşinyanın imzaladığı sənəddə “ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun onun beynəlxalq mandatına uyğun olaraq potensial və təcrübəsindən istifadənin vacibliyi” vurğulanır.

Kommersant qəzetinin məqaləsində qeyd olunur ki, bəyanatda Minsk qrupuna aid maddə tamamilə Ermənistanın maraqlarına xidmət edir, çünki məhz bu qrupun mandatı çərçivəsində həmsədrlər Bakı və Yerevanla yanaşı, Xankəndiyə də səfərlər edirdilər.

Arsen Avakovun tövsiyəsi

Azatuyun yazır ki, RIA Noviosti dövlət agentliyinin saytında dərc olunmuş geniş məqalədə də əsas diqqət Qarabağ probleminə yönəldilib.

Yeri gəlmişkən RIA Novosti agentliyinin məqaləsində bir maraqlı məqam da var.

Məqalədə deyilir ki, Ermənistana Türkiyə və Azərbaycanla yaxınlaşmağı Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov da tövsiyə edib.

O Yerevanı çətin kompromisə çağırıb. Avakov bildirib ki, məhz belə bir kompromis çərçivəsində Avropa İttifaqı və ABŞ, hətta Dağlıq Qarabağ müstəqillik ideyası ilə vidalaşsa belə, Ermənistan və Artsaxın (Qarabağ-red) təhlükəsizliyinin qarantı kimi çıxış edə bilər.

RIA Novostinin yazdığına görə Avakovun fikrincə əks halda ermənilər üçün “milli faciə” təhlükəsi var.

Ukraynanın keçmiş daxili işlər naziri, milliyyətcə erməni Arsen Avakov əslən Bakıdandır.

XS
SM
MD
LG