Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Müharibənin səbəb olacağı ərzaq böhranı – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Ekspertlər və siyasətçilər ixracda yubanmanın buğda, taxıl, günəbaxan yağı və arpa idxalında bu regiondan asılı ölkələrə təsir göstərəcəyini düşünürlər

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq ikinci həftədir davam edir. Qərb mediası diqqəti bu müharibənin yarada biləcəyi ərzaq böhranına çəkir.

“The Financial Times” dünyada buğda ixracının üçdə birinin Rusiya ilə Ukraynanın payına düşdüyünü yazır. Müharibə başlayandan Qara Dənizdəki limanların işində fasilə yaranıb. Nəticədə buğdanın qiyməti 2007-2008-ci illər böhranındakı səviyyəni ötüb.

Ukraynanın mərkəzində fermer plantasiyası olan niderlandlı Kis Huizinga deyir ki, ölkədəki fermerlər tezliklə əkinə başlamasalar, ərzaq təhlükəsizliyinə böyük təhdid yaranacaq. “Üzümüzə gələn mövsümdə Ukraynanın ərzaq istehsalı iflas edərsə, buğdanın qiyməti iki, ya üç dəfə qalxa bilər”, – iyirmi ildir Kiyevdən 200 km cənubda yerləşən Çerkasidə təsərrüfatla məşğul olan niderlandlı deyir. Onun qoşulduğu fermerlər birliyinin 1100 üzvü var, ölkədə kənd təsərrüfatı sahəsinin 10 faizindən də azını əhatələyir.

İnflyasiya yüksələcək

Ekspertlər və siyasətçilər ixracda yubanmanın buğda, taxıl, günəbaxan yağı və arpa idxalında bu regiondan asılı ölkələrə təsir göstərəcəyini düşünürlər.

“Onlar müxtəlif təchizatçılara üz tutacaqlar, bu isə qiymətlərin qalxması deməkdir”, – ABŞ Kənd Təsərrüfatı Departamentinin keçmiş baş iqtisadçısı Cozef Qlauber deyib.

Qəzet qiymət artımının ərzaq inflyasiyasını da yüksəldəcəyini yazır. Yanvarda bu inflyasiya son yeddi ildə ən yüksək həddə – 7.8 faizə çatmışdı.

Rusiya malları Azərbaycanda ucuzlaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Ukrayna Livanın buğda idxalının 90 faizini verir, Somali, Suriya, Liviya kimi ölkələr üçün əsas təchizatçıdır.

Rusiya da Azərbaycan daxil, bir sıra qonşuları üçün əsas buğda təchizatçısıdır.

“Hətta sabah müharibə bitsə belə, Ukraynada əkin mövsümü artıq pozulub və bu, 2022-ci il biçininə təsir göstərəcək”, – Türkiyənin Taxıl Fondunun keçmiş rəhbəri İsmayıl Kamaloğlu söyləyib.

Qəzetin danışdırdığı təhlilçilər qiymət artımının iğtişaşlara səbəb olacağını istisna etmirlər. 2009-2010-cu illərdə taxılın bahalanması Ərəb baharına təkan verən amillərdən hesab olunur.

Sanksiyaların Qərbə təsiri

“The Associated Press” agentliyi isə Rusiyaya sanksiyaların qlobal ticarətə təsirini araşdırıb.

Apple, Nike-dan tutmuş Maersk kimi daşıma şirkətləri də Rusiyadan gedir.

Agentlik Çinin Rusiyadan ixraca qucaq aça biləcəyini yazır. Amma Pekin də indiyədək Rusiya Prezidenti Vladimir Putini tam dəstək verməyə meylli görünməyib.

Dünyada qarğıdalı ixracının 16 faizi Ukraynaya, buğda ixracının 30 faizi isə Rusiyaya məxsusdur. Agentlik müharibənin nisbətən yoxsul ölkələrə təsir göstərəcəyini yazır.

Rusiyaya sanksiyaların təsiri ABŞ-da yanacaq doldurma stansiyalarında hiss olunacaq. Ötən il Rusiya bu ölkəyə neft məhsullarının satışında Meksika və Kanadadan sonra üçüncü yerdə idi, idxalın isə 8 faizi Rusiyadan gedirdi.

Ümumilikdə Rusiya Birləşmiş Ştatlara məhsul təchizatında 20-ci yerdə olub.

Bayden administrasiyası indilik Rusiyaya tam ticarət embarqosu qoymayıb, yaxud Rusiyanın enerji sektorunu hədəfə almayıb. Amma Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ və müttəfiqləri Rusiya neftinin idxalının yasaqlanması barədə “çox fəal müzakirə” aparırlar.

Cons Hopkins Universitetində biznes professoru Tinqlonq Dai deyir ki, Soyuq Müharibə bitəndən sonra qlobal ticarətin əsas prinsipi geosiyasətlə biznesin ayrılması idi.

“Rusiya bunların hər ikisini məhv elədi”, – deyən Dai yeni “Dəmir Pərdə”nin peyda olacağını istisna etmir. Rusiya və müttəfiqləri pərdənin bir, Qərblə digərləri isə o biri üzündə dayana bilər.

XS
SM
MD
LG