Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:22

'Əmlakımı satıb dava-dərmana vermişəm'


İllüstrasiya
İllüstrasiya

►“Ayhanın müalicəsinə lazım olan dərmanların alınmasına, başqa xərclərin ödənməsinə kömək istəyirəm.

İstəyirəm ki, hər kəs öz balasını gözünün önünə alsın, mənim durumumu anlasın"

"Övladımın müalicəsindən ötrü həftəlik kimyaterapiyaya və digər hallara gərəkən dərmanları apteklərdən almaq məqsədilə əmlakımı satmışam. Körpə balam gözüm görə-görə əlimdən gedir. Budurmu sizin inkişaf edən səhiyyəniz?"

Masallının Şərəfə kənd sakini İsmət Həsənova AzadlıqRadiosuna düşdüyü durumdan yazır... Yazır ki, 7 yaşlı oğlu Ayhan kəskin leykoz xəstəsidir və ötən ilin sonundan B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə olunur.

Ancaq bu müalicə ailəni əməllicə çökdürüb. Borc üçün üz tutduqları qohum, tanış tükənəndə əlac ev-eşiyi satmağa qalıb. Ancaq bundan da kar aşmayıb:

"DAŞDAN SƏS ÇIXDI, DÖVLƏTDƏN YOX"

"Artıq övladımın müalicəsini davam etdirməyə, ona lazım olan dərmanları, iynələri almağa bütün imkanlar tükənib. Balam bu dövlətin gələcək əsgəridir. Sağalıb, yekə kişi olub sizi qorumağa gedəcək. Sizinçün əlində silah postda keşik çəkəcək axı. Nə olar, balamın ölməyinə könlünüz razı gəlməsin. Bizə kömək edin", – ana bu sözləri bir nüsxəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanladığı məktubda yazır.

İsmət Həsənova yazır ki, yardım olunmazsa, Ayhanın müalicəsi yarımçıq qalacaq. Bundan əvvəl ana Fonda, Səhiyyə Nazirliyinə, Prezident Administrasiyasına daha bir neçə dəfə müraciət etdiyini, ancaq cavab almadığını bildirir: ​

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

"Daşdan səs çıxır, imdad dilədiyim dövlətdən yox... Üç oğul anasıyam, demək ki, bu dövləti qorumağa üç əsgər böyüdürəm. 4 övladım var, heç yerdə işləmirəm. Ayhanın müalicəsinə lazım olan dərmanların alınmasına, başqa xərclərin ödənməsinə kömək istəyirəm. İstəyirəm ki, hər kəs öz balasını gözünün önünə alsın, mənim durumumu anlasın".

"BELƏ XƏSTƏLƏRİN ƏSAS PROBLEMİ DONORDUR"

İsmət Həsənova apteklərə olan borclarını ödəməkdən ötrü evini dəyər-dəyməzinə satdıqdan sonra övladları ilə qohum evinə yerləşib. "Bundan sonrasını isə düşünməyə belə taqətim qalmayıb", deyir.

____________________________________________________________

Bunlara da bax:
Masallıda müəllimlər kütləvi işdən çıxarıla bilər
Azərbaycan hökumətinə 'yox' dedilər

____________________________________________________________


Həkim-terapevt Xanım İsgəndərova deyir, leykoz - sümük iliyi xəstəliyi olub, qanda keyfiyyət və kəmiyyətcə dəyişikliklər nəticəsində qanın tərkibində çoxlu miqdarda ağ qan kürəciklərinin yaranmasına səbəb olur. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Bu xəstəlikdən əziyyət çəkənlərin əsas problemi donorla bağlı olur. Çünki leykozdan əziyyət çəkənlərə yalnız xəstənin yaxın qohumları qan verə bilər. Burada əsas önəmli məsələ donorun uyğun gəlməsidir:

"Leykoz xəstəsinə ancaq yaxın qohumun qanı uyğun gələ bilər. Bu üzdən də problem ortaya çıxır. Yaxın qohumlar da dönə-dönə donorluq edə bilmirlər".

7 yaşlı Ayhanın sağalması naminə Səhiyyə Nazirliyi hansı addımı ata bilər? Qeyri-iş günü olduğundan bu suala, hələlik, cavab ala bilməmişik.

Buna da bax: Queen Mary 2 gəmisi təmirdən sonra okeanda

Queen Mary 2 gəmisi təmirdən sonra okeanda
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir
XS
SM
MD
LG