Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

01:53 16.6.2014

SLAVYANSK: "ZƏRƏR ÇƏKƏN VAR?" - "YOX!"



İyunun 15-i xronkasınsını təsadüfən rastımıza çıxan bu video ilə yekunlaşdırırıq. Slavyansk sakini, yaşlı qadın Rusiyameylli jurnalistlərin istədiyi kimi danışmır. Evinə bomba düşməsinə sakit cavab verir, heç kimi "soyqırımda" ittiham etmir. Eyhamla bildirir ki, binalara atəş açanlar hələ bilinmir ki kimlərdir. Kameranın arxasından qadını tanbeh edirlər: "Nə xoruzlanırsan"... Bir sözlə Ukraynadan gələn xəbərlərə inanmaq çətin, yoxlamaq isə mükün deyil.

Gün ərzində silahlı toqquşmalar haqda xəbər gələn şəhərlərin adları arasında yeni heç bir toponim yoxdur. Slavyansk, Luqansk, Qorlovka və sair Donbass şəhərləri. Diqqət çəkən xəbərlər arasında Slavyanskın həbs olunan meri - V.Ponomarev-un həbsdə ikən qətlə yetirilməsi haqda məlumatdır ki, yoxlanılması mümkün deyil. Digəri isə Ukrayna generaliteti arasında gedən silkələmədir - İl-76-nın vurulmasının günahı məzh kimdədir, P.Poroshenko bu suala cavab axtarır.
12:46 20.6.2014
-
Ötən sutka ərzində Donbassda Yampol və Zakotnoye qəsəbələrində döyüşlərdə 300-ə yaxın separatçı öldürülüb. Ukrayna hərbçilərindən 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə facaebook səhifəsində Ukrayna müdafiə nazirliyinin təmsilçisi Vladislav Seleznyov yazıb.

Onun məlumatına görə, separatçılardan götürülən hərbi texnika Rusiya istehsalıdır.

«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmirtiy Timçuk facebook-da yazır ki, Luqanska separatçıların zirehli texnikası girib. Gecə Luqansk aeroportu və Artyomvskda hərbi hissə atəşə tutulub.

Ukrayna hərbçiləri cavab atəşi açıb. Hərbçilər arasında zərərçəkən yoxdur, Timchuk yazır.
12:53 20.6.2014
POROSHENKO PUTİNLƏ TELEFON SÖHBƏTİ EDİB

Poroshenko veb-saytında bildirib ki, iyunun 19-da telefon söhbətində Rusiya prezidenti Vladimir Putinə sülh planını açıqlayıb. Planda girovların buraxılmasının və birgə sərhəddə «səmərəli nəzarət rejiminin yaradılmasının» vacibliyi vurğulanıb.

Poroshenko ümidvar olduğunu bildirib ki, Putin planı dəstəkləyəcək və atəşkəs elan olunacaq.

Kiyev Rusiyanı Ukraynada iğtişaş yaratmaqda, könüllü yaraqlıların Rusiyadan Ukraynaya keçməsinə kömək göstərməkdə ittiham edir. Moskva bunu inkar edir.

Davamı

XS
SM
MD
LG