Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

19:59 15.6.2014

RUSİYA TV KANALLARININ TİLSİM GÜCÜ


İyunun 15-də Donetsk vilayətinin Qorlovka şəhərində kütləvi mitinq keçirilib. İyunun 14-də burada silahlı separatçıların qərargah kimi istifadə etdiklər binaya hava zərbələri vurulub. Bundan sonra şəhərin yüzlərlə Rusiyameylli sakinlərinin şəhər mərkəzindəki mitinqində çıxış edən silahlı dəstə rəhəbrlərindən biri deyib ki, dinc əhalinin dəstəyi olmasaydı silahlılar Ukrayna ordusuna qarşı belə uğurla müqavimət göztərə bilməzdi. O, bəyan edib ki, Ukrayna rəsmiləri yalan danışırlar, onların 1 dənə şəhəri belə nəzarətdə saxlamağa hərbi qüvvəsi yoxdur.

Separatçı liderinin sözündə müəyyən həqiqət var. Əhalinin bir qismi həqiqətən də Rusiyameylli yaraqlıları dastəkləyir. Lakin onun dedikləri həqiqətin ancaq bir həssəsidir. Çünki bu dinc sakinlərin simpatiyasının əsasında Rusiya mediasının apardığı güclü təbilğat kampaniyası durur.

Rusiya Televiziya kanallarında Ukrayna hadisələrini izləyən hər kəs bu silahın gücünü fərhal dərk edə bilər. Yuxarıda Rusiya jurnalsilərinin "qurşaqdan aşağı" zərbələrindən ancaq bir qisminə misal göstəririk. Ekspertlər hesab edir ki, Rusiya mediasının dezinformasiya gücü o qədər şiddətlidir ki, onun təsirini artıq hipnoz kimi də qiymətləndirmək olar. Həqiqətən də, fotosessiyada təqdim etdiyimiz görüntülərin ancaq sol tərəfdəkini bir daha nəzərdən keçirib, neytral adamın gördüklərni reaksiyasını təsəvvür etməyə çalışın.

Və nəhayət, həqiqətin bir tərəfi də odur ki, yaraqlıların nəzarətində olan ərazilərdə onlardan fəqli fikir sahibi olmaq insan həyatına birbaşa təhlükədir.
19:36 15.6.2014

UKRAYNA XARİCİ İŞLƏR NAZİRİ PUTİNİ SÖYÜR

Deputatı səfirliyə daş atmağa məcbur edib üstünə də "zelyonka" atdılar
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

İyunun 14-də Kiyevdə Rusiya səfirliyi qarşısında keçirilən etiraz mitinqi çox dramatik keçib. Luqanskda hərbi təyyarənin vurulmasından və 49 nəfərin ölümündən qəzəblənən Maydan fəalları hesab edilər ki, bu qarşıdurmada silahlı separatçıları dəstəkləyən Rusiya Ukraynanın daxili işlərinə qarışır. Ukrayna hakimiyyəti də çıxılmaz vəziyyətdə qalıb, bir tərəfdən etirazçıların qəzəbini bölüşür, digər tərəfədən isə diplomatik missiyaların toxunulmazlığını təmin etməyə borcludurlar. Nəticədə etirazçılarla danışıqlara gələn millət vəkili Mykola Rudkovsky-ni səfirlik binasına daş atmağa məcbur etdilər. Xarici işlər naziri Andriy Deshchytsia-nı isə Rusiya prezidenti Vladimir Putini söyməyə məcbur etdilər (videoda rus dilində söyüş səslənir). Sonuncu hadisə Moskvanın hiddətinə səbəb olub. Fransalı həmkarı ilə telefon söhbətində Rusiya xarici işlər naziri Sergei Lavrov Kiyevədki etirazlrdan hiddətini bildirib. Dövlət Dumasının beynəlxalq siyasət komitəsinin rəhəbri Aleksei Pushkov isə bildirib ki, preizdent Poroshenko özünə nzaərt edə bilməyən xarici işlər nazirini qovmalıdır. Həmin komitənin sədr müavini, deputat Leonid Kalashnikov isə deyib ki, Ukrayna nazirinin elə hərəkətindən sonra onunla danışıqlar masası arxasına kiminsə oturmasını təsəvvür edə bilmir.

Ukrayna rəsmiləri diplomatik qalmaqalın şiddətini azaltmaq üçün Rusiya səfriliyi qarşısındakı insident iştirakçılarından 2 nəfərin həbs olunduğunu bəyan edərək, baş verənləri təxribat adlandırdı.
.
16:26 15.6.2014

SLAVYANSK SƏADƏTİ



Bu ironiyaya jurnalistlər dəfələrlə diqqət yetiriblər. Təsadüf idi, yoxsa Donbassda silahlı münqaişə müəllifləri qəsdən bu addımı atmışdılar, amma əhalisi əsasən slavyan xalqlarından olan Ukrayna ilə Rusiya tərəfdarlarının silahlı toqquşma mərkəzi məhz Slavyansk adını daşıyan şəhər seçilmişdi. Bu günlərdə hadisələrin gedişi bizə daha bir semantik ironiya təqdim edir: iyunun 14-də və 15-də Luqanskın 24 kilometrliyində yerləşən kiçik Scastye (Xoşbəxtlik) şəhərində ağır döyüşlərin baş veridyi bildirilir. Burada əvvəl Ukrayna ordusunun ağır texnikasının görüntüləri yayıldı. Sonra isə separatçıların şəhər ətrafındakı blok-postlarına qarşı hərbi vertolyot hücumlarının həyata keçirildiyi haqda məlumatlar yayılır.

AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına görə, Luqansk separatçılarının həbs edərək işgəncəyə məruz qoyduğu Aleksander Reshetniak adlı gənc Luqansk xəstəxanasının reanimasiya şöbəsində keçinib. Bildirilir ki, separatçılar onu SBU-da işgəncələr verərək könüllülərdən təşkil olunmuş "Aydar" batalyonu haqda məlumatlar almaq istəyiblər. İşgəncələrdən sonra isə onu güllə ilə ağır yaralayıblar. Bildirlir ki, "Aydar" batalyonu Scastye-nin yaraqlılardan təmizlənməsində iştirak edib.

Davamı

XS
SM
MD
LG