Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

Lukaşenko: Belarus hərbçiləri Ukraynaya hücumda iştirak etmir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Ukraynanın sərhəd xidməti isə Rusiya hərbçilərinin Belarusdan artilleriya atəşi açdığını bildirir

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı hücumda ordusunun iştirak etmədiyini deyir. Bu haqda dövlət mediası məlumat yayıb.

“Bizim silahlı qüvvələrimiz bu əməliyyatda iştirak etmirlər”, – Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Lukaşenka deyib.

30 minə yaxın əsgər...

Moskva Belarusda minlərlə hərbçi yerləşdirib, bu yaxınlarda keçirilən hərbi manevrlərə 30 minə yaxın əsgər qatılıb.

Təlimlər ötən həftə başa çatmalıydı, amma onların Belarusda qalma müddəti uzadılıb.

Qərbin bir çox liderləri təlimlərdən Rusiyanın Ukraynaya hücum niyyətini ört-basdır etmək üçün istifadə olunduğunu deyirdilər.

Sosial mediada yayılmış videoda Rusiya əsgərlərinin Belarusdan Ukraynaya keçdiyi iddia edilir.

Ukraynanın sərhəd xidməti isə Rusiya hərbçilərinin Belarusdan artilleriya atəşi açdığını bildirir.

Rusiya-Ukrayna müharibəsi Azərbaycana hansı risklər yaradır?
Gözlə

No media source currently available

0:00 0:09:22 0:00

“Səhər saat 5-də telefon söhbəti olub”

Lukaşenkanın idarəsi bildirir ki, Putin səhər tezdən ona zəng edərək Moskvanın Ukraynaya qarşı hərbi əməliyyata başladığını deyib.

“Belarus və Rusiya prezidentləri arasında bu gün səhər saat 5-də telefon söhbəti olub”, – idarə bildirir.

“Telefon söhbəti zamanı Vladimir Putin belaruslu həmkarına Ukrayna ilə sərhəddə və Donbasdakı vəziyyətlə bağlı məlumat verib”, – xəbərdə deyilir.

Fevralın 24-nə keçən gecə Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib. Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin bunun hesabını verəcəyini bildiriblər.

XS
SM
MD
LG