Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

İranla münasibətlər – 'Hər iki tərəfdə Azərbaycan vətəndaşları əziyyət çəkir'


Bakıda İran səfirliyi qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Bakıda İran səfirliyi qarşısında etiraz

Almaniyadan İrana getdiyi deyilən Azərbaycan vətəndaşı Fərid Səfərlidən artıq 40 günə yaxındır (martın 9-dan) xəbər yoxdur.

Martın 21-də də daha iki Azərbaycan vətəndaşı - Vüsal Quliyev Rövşən Seyidovun da İranda saxlandığı deyilir. Beləliklə, artıq üç Azərbaycan vətəndaşının İranda yoxa çıxdığı söylənir.

F.Səfərlinin İranda yoxa çıxması ilə bağlı xəbər yayılandan sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Bakıdakı səfirliyinə nota təqdim edib. Notada səfirlikdən məsələyə aydınlıq gətirilməsi istənilib. Amma, hələlik, cavab yoxdur.

Hələ yanvarın 31-də XİN vətəndaşları Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İrana səfərdən çəkinməyə çağırmışdı. "İrandakı qeyri-sabit vəziyyət və Azərbaycan diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkəyə səfər etməməyi tövsiyə edirik", - müraciətdə yazılırdı.

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

"Azərbaycan bayrağı qaldırdıqlarına görə həbs olunublar"

İranda saxlanıldığı bildirilən V.Quliyevin atası Firudin Quliyev AzadlıqRadiosuna bildirib ki, oğlu Təbrizə müalicə məqsədilə gedən həmkəndlisi R.Seyidovla yola düşüb: "Biz Naxçıvanda yaşayırıq. Martda Türkiyə ərazisi vasitəsilə İrana gediblər. Orada Azərbaycan bayrağı qaldırdıqlarına görə həbs olunublar. Hazırda İran xüsusi xidmət orqanlarının həbsxanasındadırlar".

F.Quliyevin söyləməsinə görə, martın 21-dən oğlundan xəbər ala bilmir və çox narahatdır: "Azərbaycan Xarici İşlər Nazirliyinə məktub yazdım, amma bizə heç bir xəbər verilmir".

Azərbaycan XİN-dən "Turan"a bildirilib ki, həmin şəxslərdən, hələlik, xəbər yoxdur: "İran tərəfinə rəsmi sorğu göndərilib. Tədbirlər görülür".

E.Nəsirov
E.Nəsirov

"Bizi qane edəcək cavab hələ ki, alınmayıb"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə "Turan"a deyib ki, Azərbaycan-İran münasibətləri hazırda ən mürəkkəb dövrünü yaşayır: "Xüsusilə də İranda Azərbaycan səfirliyinə qarşı terror hücumu bunu bir daha təsdiq edir. Ondan savayı, üç Azərbaycan vətəndaşının yoxa çıxması və həbs olunması bir daha təsdiq edir ki, İran dövləti Azərbaycana münasibətdə hansı mövqedən çıxış edir".

O vurğulayıb ki, XİN bütün bu reallıqları nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səfərlərini məhdudlaşdırmağa çağırıb: "Amma, görünür, bəzi adamlar bu reallıqları nəzərə almayıb".

Deputatın sözlərinə görə, Azərbaycan dövləti ilk növbədə İranın müvafiq qurumları ilə bu istiqamətdə iş aparır: "Ola bilsin ki, bu geniş təbliğ olunmur, amma Azərbaycan vətəndaşlarının tapılması, onların azad olunması araşdırılır və gündəmdədir. Proses getməkdədir, hazırda İran tərəfindən cavab gözlənilir, amma bizi qane edəcək cavab hələ ki, alınmayıb. Bütün bu reallıqları nəzərə alaraq İrana səfərdən maksimum yayınmaq lazımdır".

Ə.Oruclu
Ə.Oruclu

"Real addımlar atılmır"

Siyasi şərhçi Ərəstun Oruclunun isə AzadlıqRadiosuna bildirməsinə görə, hələ bu münaqişə başlayanda aydın idi ki, hər iki tərəfdən əziyyət çəkən Azərbaycan vətəndaşları olacaq: "Bu, dəfələrlə belə olub. Azərbaycan-İran münasibətləri gərginləşən kimi Azərbaycanda İran casusları adı ilə ölkə vətəndaşları həbs olunur. İndi hər iki tərəfdə Azərbaycan vətəndaşları əziyyət çəkir".

O hesab edir ki, Azərbaycan-İran münasibətlərinin indiki kontekstində baş verənlərin qarşısını almaq çətindir: "Buna heç səy göstərən də yoxdur. Bundan haradasa bir təbliğat və yaxud da antiiran kampaniyasının tərkib hissəsi kimi istifadə olunur. Amma real addımlar atılmır. Real addımlar atılmadıqda da bu proses davam edəcək. İran faktiki olaraq Azərbaycan vətəndaşlarını girov götürür".

Mövzu ilə bağlı İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Xatırlatma

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirir. İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edir. İttihamlar qarşılıqlı olaraq təkzib edilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə etdi. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

XS
SM
MD
LG