Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Hacıbala Abutalıbovun işində büdcə pozuntuları var


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

-

Ötən ilin dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində nöqsanlara yol verilib. Bunu öz hesabatında Hesablama Palatası bildirilir.

«Report»un xəbərinə görə, Nazirlər Kabinetinin sərəncamı ilə 8 layihə üzrə sifarişçi təşkilat olan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitin 13 faizə qədəri təyinatca dəyişdirilib. Bu vəsaitlər şəhər yollarında asfalt örtüyünün əsaslı təmirinə, yenidən qurulmasına, klassik və müasir tipli işıq dirəklərinin alınmasına yönəldilib.

Bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri də mövcud qaydalara uyğun müəyyənləşdirilməyib. Tender prosedurlarında da pozuntulara yol verilib və satınalmaların 60 faizindən çoxu birbaşa müqavilə əsasında gerçəkləşdirilib.

Hesabatdao da bildirilir ki, «Lifttəmir» İstehsalat Birliyinin bağladığı satınalma müqaviləsinin şərtlərinə əməl edilməyib, 284 obyekt üzrə müxtəlif adda inventar və avadanlıq müvafiq qaydada rəsmiləşdirilməyib. Eyni pozuntu tikintisi başa çatan 6 təhsil obyektində əsas fondların təhvilində də baş verib.

Hesablama Palatası müəyyənləşdirilən pozuntulara dair Milli Məclisə məlumat verib.

Palatanın hesabatı aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG