Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Gəncə sakini: 'Təcili yardım çağırışa ayrıca çantayla gəlir...'


Nadir Qasımov
Nadir Qasımov

"Çağırışa ayrıca çantayla gedirlər. Xəstəyə təklif edirlər ki, ‘sənə bu çantadakı iynədən vurum, ancaq pulludur’".

Gəncə şəhəri, Poçt qəsəbəsində yaşayan Kamil Qasımov AzadlıqRadiosu-na təcili yardım həkimlərindən şikayət edib. Özü də Gəncə şəhəri, Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının Poçt qəsəbəsindəki filialının həkimlərindən. Onun sözlərinə görə, iyulun 16-da axşam saatlarında atası Nadir Qasımovun səhhəti qəfil pisləşdiyindən təcili yardıma xəbər edib.

Buna da bax:​ Balaca Zeynəbin faciəli ölümündə 'hamı günahkardır'

“HƏKİMLƏRİN OYUNUNU GÖRƏYDİNİZ”

Yaşadıqları ünvana gələn həkimlər xəstəni müayinə etdikdən sonra təzyiqinin yüksək olduğunu deyiblər. Sonra isə özləri ilə tibbi çantada ayrıca gətirdikləri iynələrdən vurmağı təklif ediblər:

"Dedilər ki, özləri ilə gətirdikləri qara çantadakı dərmanların, iynələrin vurulması pulludur. Mən bildirdim ki, ‘təcili yardım xidməti pulsuzdur, pullu xidmət haradan çıxdı?’ Dedilər, ‘bizə nə deyiblər, onu da edirik’. Soruşdum ki, ‘bəs tibb çantanızda iynə, dərman yoxdur?’ Bildirdilər ki, ‘yox, yalnız ayrıca çantada gətirdiklərimizdir, o da pulludur. İstəyirsizsə, vuraq, istəmirsizsə, yenə də qərar özünüzündür’. Təbii ki, xəstə əldən gedirdi, razılaşmamaq mümkün deyildi. Təzyiqə görə iynə vurdular və mən çıxarıb bunlara 3 manat uzatdım. O anda həkimlərin çıxartdıqları oyunu görəydiniz..."

Buna da bax:​ Bədənində güllə daşıyan Nardaran məhbusları

DƏRMANIN BİRİ 40 QƏPİKDİR

Kamil Qasımovun deməsinə görə, ortalığa mübahisə düşüb, həkim briqadası 3 manata qane olmayıblar. O da tənbəllik etməyib, aptekə gedib, dərmanın qiyməti ilə maraqlanıb:

"Məlum oldu ki, həkimin atama vurduğu ‘Metoklopramid nelson’ dərman preparatının bir ampulasının qiyməti 40 qəpikdir. İki iynə vurmuşdular - bu da eləsin 80 qəpik... Qayıtdım evə, dərmanın qiymətini bunlara deyəndə yenə mübahisə etməyə başladılar ki, ‘istəmirdinsə, vurmazdıq’".

Beləcə, həkim briqadası çıxıb gedib. Əvəzində xəstənin vəziyyəti daha da ağırlaşıb və ailə üzvləri onu xəstəxanaya yerləşdirib:

"O qədər mübahisə etdilər ki, xəstə atam daha da əsəbiləşdi və halı pisləşdi. Səhərədək birtəhər saxlayıb səhər xəstəxanaya yerləşdirdik, hazırda sistemlər, müalicələr qəbul edir".

Buna da bax:​ 20 yaşlı ana: 'Körpəm vaxtından əvvəl qeysəriyyənin qurbanı olub'

“ARAŞDIRMA GEDİR”

Kamil Qasımov təcili tibbi yardım briqadasının hərəkətlərindən Səhiyyə nazirliyinin "Qaynar xətt"inə şikayət edib. Deməsinə görə, şikayətindən sonra 3 saylı Gəncə Şəhər Xəstəxanasının baş həkimi zəng vuraraq ona həkimlərin üzrxahlığını çatdırıb və şikayətçi olmamasını xahiş edib.

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Qaynar xətt"ə bildirilib ki, avqustun 16-da Poçt qəsəbəsi, Aydınbəyov küçəsindəki 49 saylı evin 34-cü mənzilinə çağırışa gedən həkim briqadasının hərəkətləri araşdırılır: "Xəstə Nadir Qasımovun oğlu Kamil Qasımov tərəfindən olunan şikayət hazırda araşdırılır. Həkimlər deyilənləri qəbul etmirlər, təkzib edirlər. Araşdırma davam edir".

XS
SM
MD
LG