Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

DİN kütləvi oğurluqlar xəbərinə münasibət bildirdi


“Cəlilabadda cinayət baş alıb gedir.

Rayonun Uzuntəpə kəndi yaxınlığında “Çala” adlanan ərazidə 3 ildir ki, kütləvi oğurluqlar törədilir.

Təkcə mənim təsərrüfatımdan son 3 il ərzində 5 dəfə oğurluq olub”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Cəlilabad rayon sakini Elşən Kərimov deyir. Onun sözlərinə görə, rayon ərazisindəki cinayətlərin - əsasən də oğurluq əməllərinin üstü açılmır:

“Həyətimdən sonuncu oğurluq faktı ötən il avqustun 8-də olub. Rayonda hamı bilir ki, mütəşəkkil oğru dəstələr var və həmin dəstələr güclü himayə olunur. Ona görə də oğrular tutulmur”.

Rayon sakini söyləyir, ərazidə mal-qarası oğurlananların sayı bir deyil, beş deyil… Elə onun təsərrüfatından oğurluqdan əvvəl də, sonra da onlarla belə oğurluqlar törədilib:

“POLİS DƏ ACİZ OLDUĞUNU DEYİR”

“Bu oğurluqlarla bağlı Cəlilabad rayon polis şöbəsinə, Daxili İşlər Nazirliyinə, Nazirliyin 102 xidmətinə, ölkənin baş prokurorluğuna dəfələrlə yazmışıq. Şəxsən mən özüm neçə dəfə məktub göndərmişəm. Hamısı eyni cavabı yazır – “faktla bağlı araşdırmalar davam edir”. Necə araşdırılır ki, kütləvi oğurluqların üstü açılmır?” (Ardı aşağıda)

Bunlara da bax:

Elşən Kərimovun sözlərinə görə, cəzasızlığın nəticəsidir ki, onun təsərrüfatındakı oğurluq faktından sonra “Stansiya” deyilən ərazidən 3, qonşusu Teyyub Ağayevin təsərrüfatından isə 6 baş iribuynuzlu heyvan oğurlanıb:

“Cəlilabad rayon polis şöbəsinin əməliyyat qrupunun baş verən bu oğurluqlara soyuqqanlı münasibəti bizi təəccübləndirir. Hətta polis əməkdaşları da oğruları tapmaqda aciq olduqlarını etiraf edirlər. Onu da deyim ki, oğurluq faktlarının çoxu qeydə alınmır”.

“ÇOXSAYLI CİNAYƏTLƏRİN ÜSTÜ AÇILIB”

Cəlilabad rayon polis şöbəsindən rayon ərazisindəki oğurluq faktlarının qeydə alınmaması ilə bağlı deyiləni təkzib ediblər.

Cinayətlərin üstünün açılmamasına gəlincə, şöbədən bildirilib ki, 2015-ci il ərzində çoxsaylı belə cinayətlərin üstü açılaraq istintaq olunub və məhkəmə baxışlarına göndərilib. Hazırda da üstü açılmayan mal-qara oğurluğu cinayətləri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam edir.

Təsərrüfatından bir neçə dəfə mal-qara oğurlanmış Elşən Kərimov da şikayətlənməklə yanaşı, onların tezliklə tapılmasına ümidini itirmədiyini dilə gətirir:

“Ümid edirik ki, DİN xüsusi əməliyyat-istintaq qrupu yaradacaq ki, bu oğurluqların üstü açılsın. Bununla DİN həm dövlət başçısının siyasətinin, həm də vətəndaşların mülkiyyətinin qorunmasını təmin etmiş olacaq”.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, Cəlilabadda baş verən oğurluqların qeydə alınmaması, həmin hadisələri törədənlərin himayə olunması barədə deyilənlər həqiqətdən uzaqdır:

“Elşən Kərimova məxsus fermadan 2 baş qoyun, həmçinin ona, daha sonra adını çəkdiyi Teyyub Ağayevə, eyni zamanda, vətəndaş N.Hümbətova məxsus 17 baş inəyi oğurlamış rayonun Uzuntəpə kənd sakinləri - Sarəddin Həsənov və Elvin Qardaşxanov ötən ilin sonlarında tutularaq istintaqa təhvil veriliblər:

"Bu iki şəxs ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmkəndliləri Hüseyn Hüseynovla müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus, ümumilikdə, 14 fakt üzrə 25 baş inəyi, 61 baş qoyunu oğurlamaları müəyyən edilib”.

Orxan Mansurzadə onu da qeyd edib ki, hazırda göstərirlən faktlarla bağlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bunlara da bax:
XS
SM
MD
LG