Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Buçada Rusiyanın hansı hərbi bölmələri olub


Buça
Buça

Buçadakı şahidlər mənzillərinin qapısının linglə sındırıldığını, rus əsgərlərinin qohumlarını apardığını deyiblər. Zirzəmilərdəki meyitlərin fotoları yayılıb

Ukraynanın Buça şəhərində küçələrdən dinc sakinlərin meyitlərinin yığıldığı bir vaxtda müstəntiqlər dəlillər toplayırlar. AzadAvropa/AzadlıqRadiosu isə şəhəri işğal etmiş Rusiya silahlı bölmələrinin bəzilərinin izinə düşüb.

Martın 11-də Rusiyanın 76-cı qvardiya hava hücumu diviziyasına məxsus artilleriya bölməsinin komandiri Gennadi Bayur Buçada öldürülüb. Onun ölümü barədə məlumat VK sosial media şirkətində məlumat yayılıb. Bayur 234-cü hava hücumu alayının komandiri idi.

64-cü motoatıcı briqadasının əsgəri isə Buçada ya telefonunu itirib, ya da orda öldürüləndən sonra telefonu onun üzərindən götürülüb. Ukrayna kəşfiyyatı Buçada tapılmış telefonun skrinşotunu yayıb.

Dəlillər

Buçada Rusiya əsgərlərinin dinc sakinləri qətlə yetirdiyi bildirilir. Onlardan bəziləri kütləvi edam edilib, bəzilərinin əlləri arxada bağlanıb. Bəziləri başından vurulub.

Rusiya hərbi bölmələrinin Buçada, yaxud Ukraynanın digər şəhərlərində olması heç də hərbi cinayətlərin sübutu hesab edilə bilməz. Ancaq məhz Buçayla bağlı üzə çıxan fotolar, videolar, şahid ifadələri, şəhərin bir aydan çox Rusiya ordusunun nəzarətində qalması cinayətlərə görə rusiyalıların məsuliyyət daşımasına güclü dəlildir.

Buçanın meri Anatoli Fedoruk martın 31-də yaydığı videoda şəhərin Ukrayna qüvvələri tərəfindən geri alındığını bildirib. Ukrayna qüvvələri Buçaya aprelin 1-də girib. Rusiya əsgərlərinin martın 31-də, yaxud daha öncə çıxdığı bəlli deyil.

Aprelin 3-də Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Aleksey Arestoviç Buçaya, Kiyev regionundan daha iki – İrpin və Qostomelə yerləşdirilmiş Rusiya hərbi bölmələrinin siyahısı dərc edib.

76-cı diviziya

Siyahıda 76-cı Hava Hücumu Diviziyasının 104-cü və 234-cü hava hücumu alayları vardı.

Rusiyanın şimal-qərbindəki Pskov şəhərində yerləşən bu diviziya sovet və Rusiya hərbi tarixində həm döyüş şücaəti, həm də qəddarlığı ilə ad çıxarıb. 2000-ci illərin əvvəllərində İkinci Çeçen Müharibəsi vaxtı 76-cı diviziyanın desantçıları dinc çeçenləri öldürməkdə ittiham olunublar.

Elə Bayurun ölümü haqda sosial media postu da Buçada desantçıların olduğunu göstərir.


Martın 26-da Ukrayna tərəfin yaydığı videoda Timofey Bobov adlı rusiyalı əsir danışırdı ki, fevralın 24-də onun bölməsinə Ukraynaya girmək, Qostomel, yaxud Buçanı təmizləmək əmri verilib. Guya Bobova əmr verilib ki, linglə yaşayış binalarında mənzillərə girsin, oradakı insanları zirzəmilərə aparsın. O, həmin şəxslərin başına sonra nə gəldiyini deməyib.

AzadlıqRadiosu videoda baş verənləri müstəqil təsdiqlədə bilməsə də, Buçadakı şahidlər də mənzillərinin qapısının linglə sındırıldığını, rus əsgərlərinin qohumlarını apardığını deyiblər. Zirzəmilərdə meyit fotoları da yayılıb.

64-cü motoatıcı briqada

Arestoviçin yaydığı siyahıda 64-cü Motoatıcı Briqadasının adı var. Bu briqadanın qərargahı Xabarovsk regionundadır.

Aprelin 3-də Ukrayna ordusuna bağlı Telegram kanalında Rusiya əsgərinin Buçada tapıldığı deyilən mobil telefonunun skrinşotu yayılıb.

AzadlıqRadiosu həmin skrinşotdakı Instagram hesabına qoyulmuş telefon nömrəsinin 29 yaşlı Xabarovsk sakininə bağlılğını müəyyənləşdirib. Radio həmin şəxsin 64-cü briqadada olub-olmamasını öyrənə bilməsə də, onun sosial mediadakı fotolarında həmin briqadanın əsgərləri görünür.

Ukraynanın hərbi kəşfiyyat agentliyi isə 64-cü briqadadan əsgər və zabitlərin adlarını yayıb. Amma bu siyahını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya Ukraynanın şəhərlərini vurmaqda davam edir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Öldürülən əsgərin sosial media profili

Kiyev ətrafını tutan digər bölmələr arasında 98-ci diviziyanın 331-ci qvardiya hava alayı da olub.

AzadlıqRadiosu öldürülən əsgərlərin siyahısından bir adın sosial media profilini tapıb, həmin əsgərin 56-cı Qvardiya Hava Hücumu Alayında xidmət etdiyi görünür.

Rusiya hakimiyyəti isə əsgərlərinin Buçada, Kiyev regionunda digər şəhərlərdə dinc sakinləri öldürmədiyini bildirir. Rusiya rəsmiləri dəlil göstərmədən iddia edirlər ki, Ukrayna və Qərb mediasında yayılan foto və videolar səhnələşdirilib.

ABŞ-da yerləşən “Human Rights Watch” insan haqları qrupu Buça sakinləri ilə müsahibələr, dəlil toplayır. Qurum Rusiyanın nəzarətində olmuş ərazilərdə “aşkar hərbi cinayətlər” törədilməsi qənaətinə gəlib.

XS
SM
MD
LG