Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Azərbaycan Ukrayna səsverməsində yenə iştirak etmədi


BMT Baş Assambleyası
BMT Baş Assambleyası

Martın 2-də Rusiyanın təcavüzünə qarşı qətnaməyə səsvermə zamanı da Azərbaycan prosesdə iştirak etməmişdi

BMT Baş Assambleyası martın 24-də Ukraynada dinc əhalinin və mülki infrastrukturun müdafiəsinə çağıran və bu ölkədə müharibəyə dərhal son qoyulmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.

Bu sənəd hüquqi gücə malik deyil və yalnız tövsiyə xarakteri daşıyır.

Bununla belə bu qətnaməyə hansı ölkənin necə səs verməsi həmin ölkənin ümumilikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünə münasibətini nümayiş etdirib.

Qətnamənin leyhinə 193 üzv ölkədən 140-ı səs verib.

38 ölkə bitərəf qalıb. Bitərəf qalanların sırasında İran, Pakistan və Hindistanla yanaşı Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan da var.

Bu 4 Mərkəzi Asiya ölkəsi Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqına və ODKB blokuna daxildirlər.

Bitərəf qalanların əksəriyyəti Afrika qitəsini təmsil edirlər.

Tükiyə və Gürcüstan

Türkiyə və Gürcüstan qətnaməni dəstəkləyiblər.

Rusiya ilə yanaşı yalnız dörd ölkə - Suriya, Belarus, Şimali Koreya və Eritreya qətnamənin əleyhinə səs verib.

Azərbaycan bu üç qrupdan heç birinin sırasında yoxdur. Bu, hər hansı ölkə ümumiyyyətlə səs verməyəndə baş verir.

Səsvemənin nəticəsləri
Səsvemənin nəticəsləri

Martın 2-də Rusiyanın təcavüzünə qarşı qətnaməyə səsvermə zamanı da Azərbaycan prosesdə iştirak etməmişdi.

Türkmənistan və daha bir neçə ölkə qətnaməyə ümumiyyələ münasibət bildirməyib.

Qətnamədə Rusiyadan Ukraynaya qarşı təcavüzkar hərəkətlərini, dinc əhaliyə hücumlarını dyandırmaq tələb olunur.

Sənəddə Rusiyanın Ukraynada “dəhşətli” humanitar böhran yaratması qətiyyətlə pislənir.

XS
SM
MD
LG