Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:24

AzadlıqLive- "Mr.Bean" 25 yaşında (video)

Azərbaycanda və dünyada baş verən xəbərlər

-

Azərbaycanda və dünyada baş verən xəbərlər

13:20 6.9.2015

AzadlıqLive- Azərbaycanlılar Gürcüstana axışır

Tbilisi
Tbilisi

Bu ilin yanvar-avqust aylarında 931 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Azərbaycanlılar Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında ikinci yerdədirlər.

AzərTAc xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, səkkiz ayda Gürcüstana 3,9 milyon xarici vətəndaş gəlib və onların 916 mini turist olub. Ölkəyə gələnlər arasında Türkiyə, Rusiya və Ukrayna vətəndaşları da çoxluq təşkil edirlər.

Turizm Gürcüstan iqtisadiyyatında mühüm yer tutur. Bu sahədən əldə olunan gəlir ümumi daxili məhsulun 7 faizinə bərabərdir.

18:29 4.9.2015

Bakı-Sumqayıt qatarının hərəkət intervalı açıqlandı

Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Qatarların tutumu 919 nəfərdir. Qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək.

18:07 4.9.2015

Azərbaycan -Ermənistan sərhədində baş verən nədir?

Politoloq Qabil Hüseynli AzadlıqLive-a belə cavab verir ki, baş verənlər erməni tərəfinin provokasiyasıdır. Ermənistan bununla Azərbaycanı cavab verməyə təhrik edir ki, Azərbaycanı təcavüzkar kimi göstərsin. Bunun isə səbəbi Dağlıq Qarabağ ətrafında 7 rayonun qaytarılması məsələsidir. 7 rayon qaytarılsa, Sarkisian hakimiyyətdə qala bilməyəcək.

Qabil Hüseynli
Qabil Hüseynli

Qabil Hüseynli onu da deyir ki, Rusiya Azərbaycandan böyük güzəştlər istəyir, Azərbaycan isə belə güzəştlərə meyilli deyil.

Gözlə
Embed

No media source currently available

0:00 0:08:52 0:00
Direct-ə keçid

13:51 4.9.2015

Əlibəyli kəndinin 2 sakini qəlpə yarası alıb

APA-nın məlumatına görə, Erməni silahlı bölmələri sentyabrın 3-də Tovuzun Əlibəyli kəndini atəşə tutub, 87 və 83 yaşlı kənd sakinləri- ər-arvad qəlpə yarası alıb. 150-dək evin dam örtüyü güllələrdən yararsız hala düşüb.

Bu videonu isə AzadlıqRadiosuna Qazax rayonunun Ermənistanla sərhəddəki Məzəm kəndinin sakinlərindən biri göndərib. Adının çəkilməsni istəməyən kənd sakini bildirir ki, sentyabrın 3-ə keçən gecə kənd Ermənistan silahı qüvvələri tərəfindən atəşə tutulub. Hadisə zamanı xəsarət alan olmayıb.

Davamı

XS
SM
MD
LG