Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:37

Bakıda ikinci beynəlxalq dəniz limanı yaranır


Liman
Liman

«Bakı Dəniz Balıq Limanı» ASC-nin səhmdarlarının illik ümumi yığıncağında cəmiyyətin adının dəyişdirilməsinə qərar verilib. Qeydiyyata alınmaq üçün Vergilər Nazirliyinə təqdim edilmiş qərara əsasən, səhmdar cəmiyyəti indən belə «Bakı Hövsan Beynəlxalq Dəniz Limanı» ASC adını daşıyacaq.

1956-cı ildə istismara verilən limanın yük terminalının yükgötürmə qabiliyyəti ildə 8.6 milyon tondur. Bu haqda Dövlət Dəniz Administrasiyası qeydiyyat nömrəsi almış limanlara dair məlumatında bildirir. 14 hektara yaxın sahədə yerləşən bu limanda 9 körpünün olduğu vurğulanır.

LİMANI «BAKU STEEL COMPANY» İDARƏ EDİR

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Hövsandakı limanın onun tarif siyasətindən yararlananlardan biri olduğunu qeyd edir. Şuranın məlumatında o da yer alıb ki, Bakı Dəniz Balıq Limanının idarəçiliyini «Baku Steel Company» MMC həyata keçirir. BSC poladəritmə və metal məmulatı istehsalı ilə yanaşı, dəniz terminalı vasitəsilə müxtəlif malların, o cümlədən, polad pəstah, ağac, taxıl, tikinti materialları və s. məhsulların yükləmə və boşaltma əməliyyatlarını həyata keçirir. «Baku Steel Company» MMC bu liman üzərindən Rusiya və Qazaxıstandan gətirilən taxıl və digər kənd təsərrüfatı məhsullarının Türkiyə və digər üçüncü ölkələrə treydinq əməliyyatlarında iştirak edir.

Skrinşot: transit.az

LİMANDA TAXIL TERMİNALI DA VAR

«Bakı Dəniz Balıq Limanı» ASC 3 səhmdar cəmiyyətinin («Hövsan Balıq Konserv», «Bakı Dəniz Balıq Limanı»«Soyuducu Donanma») birləşməsi nəticəsində yaranıb. Səhmdar cəmiyyətinin səhmlərinin 90 faizindən çoxu «Lotos-S» MMC-yə məxsusdur.

Limanın ərazisində taxıl terminalı və un fabriki fəaliyyət göstərir. «Bakı Taxıl Terminalı» MMC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin «Ak Biday-Terminal» SC-nin və «Planet-L» MMC-nin (Azərbaycan) iştirakıyla 2006-cı ildə yaradılıb. Vergilər Nazirliyinin məlumatına görə, «Lotos-S» və «Planet-L» şirkətlərinə eyni şəxs - Mehman Əliş oğlu Hüseynov rəhbərlik edir.

LİMAN ZƏRƏRLƏ İŞLƏYİR

«Bakı Dəniz Balıq Limanı» ASC-nin 2016-cı il üzrə maliyyə hesabatına görə, onun zərərləri bu ilin əvvəlinə 3 milyon 500 min manatdan çoxdur, borcları isə 5 milyon manatı üstələyib.

Ötən il limanın gəlirləri 1 milyon manatdan çox artıb və 3 milyon manata yaxın olub. Hərçənd, il yenə də zərərlə başa çatıb.

XS
SM
MD
LG