Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

10:03 7.2.2024

Məcburi işə gətirilmə varmı?

Fevralın 7-də qeyri-iş günü olmasına baxmayaraq İmişli rayonundakı orta məktəb və bağçaların bütün işçilərinin məcburi işə çağırıldığı ilə bağlı şikayətlər eşidilir.

Yerli sakinlərin məlumatına görə, onlar kollektiv surətdə şəkil çəkdirib yerli təhsil idarəsinin və icra hakimiyyətinin seçkiyə məsul əməkdaşına göndərirlər. "Yalnız bundan sonra onlar kiçik qruplarla seçki məntəqələrinə göndərilir", - adının çəkilməsini istəməyən rayon sakini vurğulayıb.

İmişli rayon İcra Hakimiyyətinin Qaradonlu kəndi üzrə nümayəndəsi Məhəmməd İsmayılov bu deyilənləri təkzib edib: "Mən bu gün Gövhərli məktəbinə ayaq basmamışam. Seçki məntəqələrinin 100 metr həndəvərində dolanmıram. Ailə üzvlərimlə səhər Qaradonlu kəndindəki 40 saylı məntəqədə səs verib çıxmışam".

10:48 7.2.2024

Jurnalist şikayətləri

18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19 saylı seçki məntəqəsində bir sıra jurnalistlərə Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilmədiyi deyilir.

29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində də bəzi jurnalistlərin fəaliyyətinə maneçilik yaradıldığı bildirilir.

Mərkəzi Seçki Komissiyasından (MSK) "Turan"a bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün Media Reyestrində qeydiyyat tələb edilmir: "Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər, onların kim olduğunu bilmirlər deyə, anlaşılmazlıq yaranır".

10:51 7.2.2024

Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin məlumatına görə, saat 10:00-a qədər respublika üzrə 1 milyon 259 min 371 nəfər səs verib, seçici fəallığı 19.44 faiz olub.

11:22 7.2.2024

Bakıda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində pozuntuları qeydə alan müşahidəçiləri polisin məntəqədən uzaqlaşdırdığı ilə bağlı şikayət var.

Şikayətə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG