Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Yerevanın təklif etdiyi nəzarət-buraxılış məntəqələri Bakını qane etmir


Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər

Ermənistan hökumətinin Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmaq barədə təklifinə rəsmi Bakı münasibət bildirib.

Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın sərhəddə üç nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifləri 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır. Bu barədə oktyabrın 27-də Baş nazirin müavini Şahin Mustafayev danışıb. Onun deməsinə görə, Yerevanın təklif etdiyi məntəqələrdən başlayan yollar relyef, iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün əlverişli deyil.

Habelə, onun vurğulamasına görə, nəzarət-buraxılış məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma həyata keçirməyib.

Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları və Ermənistan arasında kommunikasiyaların yaradılması barədə üçtərəfli bəyanatın icrasından yayınmaq üçün formal xarakter daşıyır.

Ermənistanın təklifi

Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter-də yazmışdı ki, onlar Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmağı təklif ediblər. O, Azərbaycandan müsbət cavab gözlədiklərini sözlərinə əlavə etmişdi.

Məntəqələrin Geğarkunik, Ararat və Sünik vilayətlərində qurulması təklif olunurdu.

Dövlət Gəlirləri Komitəsindən AzadlıqRadiosunun erməni xidmətinə demişdilər ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Dəhliz mübahisəsi

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Həmin il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Azərbaycan Naxçıvan eksklavına Ermənistan ərazisindən quru dəhlizi əldə etmək istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur. Amma Ermənistan tərəfi vurğulayır ki, həmin sənəddə dəhlizdən söhbət getmir.

Azərbaycan rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, onlar qarşı tərəfə Laçında dəhliz verdiklərindən onlara da Ermənistan ərazisindən Naxçıvana gedən dəhliz verilməlidir.

9-cu bənd

Tərəflərin üçtərəfli bəyanatda istinad etdiyi bənd belədir: "...Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG