Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

04:26 11.1.2015

ASİM MOLLAZADƏ HAKİMİYYƏTİN MÜDAFİƏSİNƏ QALXDI

S. Seyidov: elm iqtidarı və müxalifəti birləşdirən amildir
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Bu video ötən ilin sentyabrında, Bakı ABŞ Mərkəzinin təmirdən sonra açılışı mərasimində çəkilib. Xarici dillər universitetinin rektoru bu videoda Asim Mollazadəni Azərbaycan müxalifəti kimi təqdim edir və deyir ki, təhsil məsələsində Azərbaycanda iqtidar və müxalifət birdir. Bu günlərdə məlum olur ki, Səməd müəllimin Asim Mollazadənin simasında təmsil etdiyi birlik ancaq təhsil məsələsi ilə məhdudlaşmır, AzadlıqRadiosuna qarşı hücumlara münasibətdə də Demokratik İslahatlar partiyası ilə Yeni Azərbaycan partiyası yekdildir.

Yanvarın 9-da "Washington Post" qəzetində dərc olunan məktubunda Azərbaycan parlamentinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AzadlıqRadiosu ilə bağlı Azərbaycan hakimiyyətinə səslənən tənqidlərə cavab verir.

Məktub "Azərbaycana qarşı ideoloji kampaniya" adlanır. Müəllif qeyd edir ki, Jeffrey Gedminin yanvarın 1-də həmin qəzetdə dərc olunmuş məqaləsi regionun strateji reallıqlarını nəzərə almayıb və Azərbaycana qarşı ideoloji kampaniyanı əks etdirib. Deputatın fikrincə, bu kampaniya Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına zərbə vurur.

"Təəssüf ki, Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) obyektiv jurnalistika prinsiplərindən əl çəkib və Prezident İlham Əliyevin düşmənlərinin şəxsi ruporuna çevrilib. Bu şəxsi hücumlar AzadlıqRadiosunun nüfuzunu sarsıdıb. Bu radioda ölkəmə gərəkən obyektiv tənqidə də yer qalmayıb. Cənab Gedmin AzadlıqRadiosunun standartlarının pisləşdiyi bir dövrdə quruma rəhbərlik edib və üzərinə düşən məsuliyyəti də qəbul etməlidir," deyə cənab Mollazadə yazır.

"Hökumətimin tənqidçisi olaraq, eyni zamanda xoşbəxtəm ki, Rusiyanın yeni yaranan Avrasiya İqtisadi İttifaqına Ermənistanı və digərlərini birləşdirdiyi bir vaxtda Azərbaycan Birləşmiş Ştatların həqiqi tərəfdaşı olaraq qalır".

Yanvarın 1-də AzadlıqRadiosunun keçmiş prezidenti "Washington Post" qəzetində AzadlıqRadiosunun Bakı bürosuna təzyiqlər haqda yazıb. Gedmin ABŞ prezidenti Barak Obamanı büronun işinin bərpası və jurnalistlərə basqıların dayandırılması üçün qəti addımlar atmağa çağırıb.

Əslində hakimiyyətin dilə gətirməyə cürət etmədiyi həqiqətləri ABŞ ictimaiyyətinə çatdırdığına görə Asim Mollazadəyə təşəkkürlər düşür. Çünki rəsmi Bakı israrla bəyan edir ki, Bakı bürosunun möhürlənməsinin jurnalistika standartları, radionun kimə ruporluq və ya antiruporluq etməsinə heç bir aidiyyatı yoxdur.

Bu postu Səməd Seyidovla başladıqsa, onunla da başa vurmaq istərdik. Səməd müəllimin rəhbərlik etdiyi Xarici dillər üniversitetində büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinaayət işi açılmışdı. Bu günlərdə hətta hökm də çıxarıldı. Lakin bütün bu illərdə Universitetin qapısını möhürləmək heç kimin ağlına da gəlməmişdi...

03:57 11.1.2015

SENATOR ROBERT MENENDEZ İLHAM ƏLİYEVƏ MƏKTUBUNDA

"Dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosuna basqından, büronun məcburən bağlanmasından dərin narahatlığımı bildirirəm. Bu, ölkədə müstəqil media orqanları və qeyri-hökumət təşkilatlarının uzun müddətdir davam edən qorxudulması kampaniyasında sonuncu hadisədir. Bu, Azərbaycanın beynəlxalq standartlara, hüququn aliliyinə və insan haqlarına hörmət qoymaq öhdəliklərinin kobud şəkildə pozulmasıdır". Ətraflı burada oxu

18:16 9.1.2015

AzadlıqRadiosu əməkdaşı Prokurorluqdan çıxıb

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəlinin Bakı şəhər Prokurorluğunda dindirilməsi başa çatıb.

13:50 9.1.2015

AzadlıqRadiosu əməkdaşı yenidən polisə aparılır

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəli yanvarın 9-da Hövsan polisinə çağrılıb. Özünün bildirdiyinə görə, onu rəis müavini aparır və rəisin çağırdığını deyib.

Müxbirimizi polis idarəsindən də Bakı şəhər Prokurorluğuna aparırlar.

Bundan əvvəl istintaqa çağırılanda da evlərinə polis gəlmişdi deyə atası infart olmuşdu. Hal-hazırda da atasının vəziyyəti pisləşib.

Dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi möhürlənəndən sonra, radionun əksər əməkdaşları sorğu-sual olunub.

Davamı

XS
SM
MD
LG