Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:32 26.12.2014

AZADLIQRADİOSUNDAN REAKSİYA

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib.

Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Bakıdakı ofisdə aparılan axtarış “Azadlıq” radiosuna qarşı təxribat hesab edirlər və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndirirlər: "Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”. Açıqlamanı ətraflı burada Media Forum saytında oxu.

14:19 26.12.2014

AZADLIQRADİOSUNUN ƏMƏKDAŞLARI OFİSDƏN ÇIXARILDI

AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşlarını prokurorluq əməkdaşları ofisdən çıxarıblar. Yalnız hal şahidlərinin iştirakı ilə ofisdə axtarış davam edir.

14:08 26.12.2014
AzadlıqRadiosunun Bakı ofisi
AzadlıqRadiosunun Bakı ofisi

AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşları konfrans otağında toplaşıb, prokurorluq işçiləri axtarışdadır.
AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşları konfrans otağında toplaşıb, prokurorluq işçiləri axtarışdadır.

13:46 26.12.2014

BAŞ PROKURORLUQDAN AZADLIQ RADİOSU İLE BAĞLI İLK AÇIQLAMA

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.

Davamı

XS
SM
MD
LG