Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

«Bakıda ancaq varlıların uşaqları futbol oynayır»


«Yaxın 10 ildə Azərbaycan yığmasının Avropa çempionatında iştirakını gözləmək olmaz»
«Yaxın 10 ildə Azərbaycan yığmasının Avropa çempionatında iştirakını gözləmək olmaz»

«Yaxın 10 ildə Azərbaycan yığmasının Avropa çempionatında iştirakını gözləmək olmaz».


«Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan tanınmış futbol şərhçisi Çingiz İsmayılov belə deyib.


«Buna indidən hazırlaşmaq lazımdır. Əsas da yaşayış massivlərində meydançalar yaratmaq lazımdır. Çünki futbol kasıbların idmanıdır. Onlar isə öz övladlarını şəhərin kənarındakı stadionlara göndərə bilmirlər».


Çingiz İsmayılov deyir ki, indi Bakıda ancaq varlıların uşaqları futbolla məşğul olur. «Onlar məşqlərə maşınla gəlib-gedir, məktəbi bitirəndən sonra isə məşqləri də atırlar…»


Bundan əlavə o, bildirir ki, 3 ildir dövlət başçısının futbolun inkişafı haqqında sərəncamı olmasına baxmayaraq, onun necə yerinə yetirilməsi haqqında bir dənə də olsun hesabat-filan yazılmır.


«AFFA-da bir nəfər də olsun futbol üzrə peşəkar, mütəxəssis görmürəm».


Ç.İsmayılov Bakıdakı stadionların standartlara cavab vermədiyini bildirir: «Bakıdakı 4 əsas stadionda təbii örtüyü çıxarıb atdılar, süni örtük saldılar. Ona görə də bu stadionlarda Avropa çempionatının oyunlarını keçirmək olmaz. Səbəb də o idi ki, təbii örtüyün saxlanması üçün pul lazımdır. İtaliyada məşhur stadionlardan birində qazonun lazımi səviyyədə saxlanmasına 80 nəfər qulluq edir».


Ç.İsmayıolv onu da deyir ki, Azərbaycandakı futbol şərhçiləri peşəkar deyil: «Onlar camaatın onsuz da ekranda gördüyünü təkrarlayırlar. Xarici kanallarda isə futbol oyunlarını mütləq şərhçi və mütəxəssis birlikdə şərh edir».


Buna da bax:

XS
SM
MD
LG