Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

«Biz kimik?»


İran azərbaycanlısı Təbriz bazarındakı paltar dükanında qəzet oxuyur, 17 May 2007
İran azərbaycanlısı Təbriz bazarındakı paltar dükanında qəzet oxuyur, 17 May 2007
«Həmyerli»nin daha bir buraxılışına bələdçilik edən İlkin Məmmədov verilişə başlayarkən sual edir: «Azərbaycanlılar millət kimi nə vaxtdan təşəkkül tapmağa başlayıb? Biz kimik – türk, alban, bəlkə, midiyalı? Dünyada yaşayan bütün ana dili Azərbaycan dili olanları azərbaycanlı saymaq olarmı? Çox uzağa getməyək, elə Arazın o tayındakı, İrandakı azərbaycanlıları Azərbaycan Respublikasında yaşayan azərbaycanlılarla nə birləşdirir, nə ayırır?»

Bu və digər suallara cavab tapmaqda İlkinə tarixçi alim Çingiz Məmmədov kömək edir. Bu müsahibənin səs yazısına qulaq assanız Çingiz Məmmədovun olduqca maraqlı elmi müddəaları ilə tanış ola bilərsiniz. Məsələn, o bildirir: «...istər Azərbaycan, istər İran, istərsə də Qərb tarixçiliyində tez-tez belə bir fikir səslənir ki, Azərbaycan İranın bir hissəsi olub, sonra Azərbaycanın bir hissəsi keçib Rusiya imperiyasının tərkibinə, qalan hissəsi isə qalıb İranda. Əlbəttə, bu fikir düz fikirdir. Amma burada bir mühüm, olduqca mühüm bir fakt unudulur...»


Nədir bu mühüm fakt? Çingiz Məmmədovu dinləyin.


XS
SM
MD
LG