Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

«İranda tutulan azərbaycanlıları buraxılsın»


«Amnesty İnternational» təşkilatı İranda aprelin 2-də tutulan azərbaycanlıları dərhal azadlığa buraxmağa çağırıb. «Amnesty İnternational»ın yaydığı çağırışda bildirilir ki, Aprelin 2-də İranda azı 70 nəfər Təbrizdə, 2-əyə yaxın azərbaycanlı isə Urmiya şəhərində din nümayiş zamanı həbs ediliblər. Nümayişin məqsədi Urmiya gölünün qurumasının qarşısını almaqçün ətraf çaylardakı bəndlərin tikintisinə etiraz olub.

Etirzçıların hər il keçirdiklri bu nümayişə hərəsi bir stəkan su gətirib gölə töküb və müxtəli şüarlar səsləndiriblər: «Bəndləri yıxın, Urmiyaya su gəlsin», «Urmiyanın suyu yox, Azərbaycan ayılmasa gec olacaq», «Yaşasın Azərbaycan» və s. kimi.

Aksiyada tutulanlardan çoxu növbəti iki gündə buraxılıb. Amma onlardan azı 5 nəfəri haqda - Habib Pourvali, Jalil Alamdar Milani, Ali Salimi , Sa’id Siyami və Sa’id Khizirlou- haqda heç bir məlumat yoxdur.

«Amnesty İnternational» İran hökumətini dərhal tutulanların yerlərini açıqlamağı, onları işgəncəyə məruz qoymamağı vəvəkillə və yaxınlarıyla görüşməyə imkan yaratmağı tələb edir. Təçkilat həmçinin İrand sərbəst toplaşmaq və ifadə azadlığının da təmin olunmasına çağırır
XS
SM
MD
LG