Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Azərbaycan Rusiyaya nota verib


Azərbaycanın Rusiyaya nota verdiyi bildirilir. Bu barədə oktyabrın 24-də Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, bu 20-21 oktyabr tarixlərində Rusiya televiziyasının 1-ci kanalında yayımlanan “Böyük oyun” verilişində Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar olub:

“Səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilib.”

Açıqlamaya görə, bildirilib ki, dövlət telekanalında siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyası prezidentinin dəfələrlə səsləndirdiyi və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə ziddir:

“Həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir."

Bildirildiyinə görə, səfirlik vurğulayıb ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanan “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədə separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.

Hələlik, bu açıqlamaya Rusiya Xarici İşlər Nazirliyi və sözü gedən televiziya kanalının rəhbrliyindən münasibət almaq mümkün olmayıb.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hazırda həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir.

XS
SM
MD
LG