Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

ABŞ rəsmisi Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışıb


İ.Əliyev, V.Putin, N.Paşinyan. Arxiv fotosu
İ.Əliyev, V.Putin, N.Paşinyan. Arxiv fotosu

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırır.

Bu barədə oktyabrın 26-da Vaşinqtonda brifinq zamanı Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel danışıb.

"Dövlət katibi Entoni Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün əlverişli formatda görüşməyə çağırdıq", - Patel oktyabrın 31-də Soçidə Vladimir Putinin iştirakı ilə keçiriləcək Əliyev-Paşinyan görüşü ilə bağlı "Turan"ın müxbirinin sualının cavabında deyib.

"Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq bu məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", - o qeyd edib.

Üçtərəfli görüş oktyabrın 31-nə gözlənilir

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçiyə gedəcək. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan AzadlıqRadiosunun erməni xidmətinin Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi haqda sualına “Bəli, görüşəcək”, deyə cavab verib.

+++

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bu ayın sonunadək görüşə bilərlər.

Bu haqda Rusiyanın “Vedomosti” qəzeti “diplomatik mənbə”yə istinadla yazır.

Mənbənin sözlərinə görə, bu görüşə hazırlıq oktyabrın 14-də Astanada MDB sammitində “Putinin barışdırıcı çıxışı”ndan sonra başlanıb. Sammitdə Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu bildirilir.

Başqa bir mənbə “Vedomosti”yə deyib ki, danışıqlar oktyabrın son günlərində Moskvada, yaxud Soçidə keçirilə bilər. Soçiyə üstünlük veriləcəyi gözlənilir.

Əliyevlə Paşinyan oktyabrın 6-7-də Praqada bir araya gəliblər. Həmin görüşlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makronun iştirakıyla baş tutub.

Bu görüşlərdən sonra Prezident Əliyev ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

Son iki ildə atəşkəs dəfələrlə pozulub. Sonuncu dəfə sentyabrın 13-14-də sərhəd toqquşmalarında üst-üstə 300-dək hərbçi həlak olub. Tərəflər bir-birini provokasiyada ittiham edib.

Delimitasiya komissiyalarının da görüşü olacaq

İki ölkə arasında dövlət sərhədinin delimitasiya məsələləri üzrə Azərbaycan və Ermənistan dövlət komissiyalarılnın üçüncü görüşü noyabrın ilk həftəsində Brüsseldə keçiriləcək.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildiriblər.

Azatutyun yazır ki, bundan başqa heç bir təfərrüat verilməyib.

Avqustun 31-də Brüsseldə keçirilən üçtərəfli, oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşlərin nəticəsi olaraq delimitasiya komissyalarının iclasının noyabrın əvvəllərində keçirilməsi barədə razılaşma əldə olunmuşdu, amma bu məsələdə qeyri-müəyyənlik vardı.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın ortalarında Twitter-də yazmışdı ki, Yerevan Bakıya komissiyaların iclasının oktyabrın 31-də Brüsseldə keçirilməsini təklif edib.

Baş nazir müavinləri Şahid Mustafayev və Mher Mustafayevin başçılığı altında delimitasiya komissiyaları son dəfə avqustun 30-da Moskvada görüşmüşdülər.

Komissiyaların birinci görüşü sərhədin Naxçıvan sektorundakı Yerasx kəndində keçirilmişdi.

XS
SM
MD
LG