Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Borrel Bayramovla həm də insan haqlarından danışıb


A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?

Borrel deyib ki, Aİ və Azərbaycan, aralarındakı danışıqların ən əhəmiyyətli mərhələsinə qədəm qoyublar

İyulun 19-da Brüsseldə keçirilən Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra Aİ xarici işlər komissarı Jozep Borrel və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə məlumat veriblər.

Borrel deyib ki, Aİ və Azərbaycan, aralarındakı danışıqların ən əhəmiyyətli mərhələsinə qədəm qoyublar:

"Biz həm də yeni hərtərəfli əməkdaşlıq və partnyorluq sazişi üzrə danışıqların həlledici fazasındayıq. Bu yeni saziş bizim aramızda daha güclü əməkdaşlıq və siyasət dialoquna imkan verəcək. Bu habelə Azərbaycana öz iqtisadiyyatını şaxələndirmək və biznes və xarici investisiyalar üçün sağlam mühit yaratmaq səylərində dəstək olacaq”.

Həssas və çətin məsələlər, media qanunu

Jozep Borrel habelə Aİ və Azərbaycan arasında əməkdaşlıq sahəsində həsas və “çətin məsələlərdən” də danışıb. O bildirib ki, bu məsələlər üzrə Ceyhun Bayramovla fikir mübadiləsi edib:

"İnsan haqlarına və qanunun aliliyinə hörmət bizim münasibətlərimizdə qarşılıqlı razılaşdırılmış prioritetlərdir. Fəal vətəndaş cəmiyyətinin işləməsi məqsədilə mühitin yaradılması üçün qətiyyətli irəliləyişə ehtiyac vardır. Bu, insan haqlarına beynəlxalq standartlara və Azərbaycan tərəfindən götürülmüş öhdəliklərə uyğun hörmətin təmin edilməsi üçün lazımdır. Biz xüsusilə də diqqəti yeni media qanununa çəkdik və bu barədə müzakirə apardıq”.

Avropa İttifaqının xarici işlər komissarı əlavə edib ki, tərəflər habelə regional məsələləri, xüsusilə də Ermənistanla qonşuluq münasibətlərini müzakirə ediblər:

“Biz Cənubi Qafqazı onun bütün xalqları üçün təhlükəsiz, sabit və firavan etmək üçün göstərilən bütün səyləri dəstəkləyirik. Bu xüsusda mən Azərbaycan və Ermənistan nazirlərinin ötən şənbə günü Tbilisidə keçiilmiş görüşünü alqışlayıram və nazirə bu görüş barədə verdiyi məlumata görə təşəkkürümü bildirirəm. Avropa İttifaqı bu səyləri dəstəkləməyə hazırdır və tərəflər arasındakı fikir ayrılıqları üzərindən körpü salmaq və həll yollarını tapmaq istiqamətində işləyir”.

İctimai fəallar Bakıya gəlib-gedən Avropa rəsmilərindən gileylənir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Bayramov “Zəngəzur dəhlizi” barədə

Ceyhun Bayramov xatırladıb ki, Avropa İttifaqı-Azərbaycan Şurasının bundan əvvəlki görüşü 44 günlük müharibədən və Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından az sonra keçirilib.

Nazir deyib ki, iki ölkə arasında münasibətlərin suverenlik və ərazi bötüvlüyünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər hüdudunda qarşılıqlı tanınması əsasında normallaşdırılmasına alternativ yoxdur:

“Avropa İttifaqı post-münaqişə dövründə mühüm rol oynayır. Bu baxımdan biz prezident Şarl Mişelin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məqsədilə müzakirələrin dəstəklənməsi istiqamətində səylərini alqışlayırıq. Biz Avropa İttifaqına artıq üç görüşdə vasitəçilik etdiyinə görə təşəkkür edirik”.

Bundan sonra Ceyhun Bayramov regionda “Zəngəzur dəhlizi” də daxili nəqliyyat kommunikasiyalarının açılmasının mühümlüyünü vurğulayıb.

XS
SM
MD
LG