Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Avropa İttifaqı Putinin qızlarına sanskiyalar qoydu


Katerina Tixonova (solda) və Marina Vorontsova
Katerina Tixonova (solda) və Marina Vorontsova

Son sanksiyalar Rusiya əsgərlərinin Buçada dinc sakinləri öldürməsi haqda xəbərlər fonunda açıqlanıb

Avropa İttifaqının yeni – beşinci sanksiya paketinin siyahısına biznesmenlər Oleq Deripaska, Boris və İqor Rotenberqlər, Said Kerimov, Kirill Şamalov, habelə prezidnet Vladimir Putinin qızları – Katerina TixonovaMariya Vorontsovanın adları daxil edilib.

Onlardan başqa siyahıya Sberbankın rəhbəri German Qref, teleaparıcı Aleksey Pimanov, “Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin, Rusiya Dövlət Teleradio Komitəsinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, Ozon birliyinin baş direktoru Aleksandr Şulginin adları salınıb.

Sanksiyaların 5-ci paketi Rusiyada 18 təşkilatı hədəfləyir.

Bunlar “Kalaşnikov” konserni, VTB bankı, Novikombank, Sovkombank bankları, Hərbi Sənaye şirkəti, Birləşmiş Mühərrik Korporasiya və başqalrıdır.

Aİ Rusiyadan kömür idxalını qadağan edir

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinə görə beşinci sanksiya paketini razılaşdırıb. Kömür idxalının qadağan edilməsi və Aİ limanlarına Rusiya gəmilərinin buraxılmaması da paketə daxildir.

“Əvvəlki dörd paketlə birlikdə bu sanksiyalar da Kremlə iqtisadi təzyiqi gücləndirəcək, onun Ukraynaya işğalı maliyyələşdirmək qabiliyyətini zəiflədəcək”, – blok aprelin 8-də bəyanatında bildirib.

Aİ Moskvaya qarşı əlavə sanksiyaların hazırlandığını qeyd edib.

Altı istiqamət

Yeni sanksiyalar əsasən altı istiqaməti hədəfləyir: Rusiya kömürü, maliyyə tranzaksiyaları, nəqliyyat, Rusiyadan idxal-ixrac, Rusiyanın dövlət kontraktlarından və Avropa fondlarından çıxarılması.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə və diplomatik sanksiyalar tətbiq edib.

Son sanksiyalar isə Rusiya əsgərlərinin Buçada dinc sakinləri öldürməsi haqda xəbərlər fonunda açıqlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, Rusiya əsgərləri 2-ci Dünya müharibəsindən bəri ən ağır “hərbi cinayətlər”i törədiblər və şura onları məsuliyyətə cəlb etməlidir.

Aprelin 7-də Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxarılıb.

XS
SM
MD
LG