Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Kramatorska zərbələr endirilib


Kramatorsk
Kramatorsk

Ukraynanın ikinci böyük şəhəri Xarkova giriş isə bloklanıb

Ukraynanın şərqindəki Kramatorsk şəhərinə Rusiya qüvvələrinin ağır hava zərbələri endirdiyi xəbər verilir. Paytaxt Kiyev ətrafından geri oturdulan Rusiya müharibəni artıq Ukraynanın cənub-şərq hissəsinə yönəldir.

Aprelin 5-də yerli vaxtla gecə saat 3-də zərbə nəticəsində şəhər mərkəzində məktəb dağılıb. “AFP” bunu hadisə yerində olan müxbirlərindən birinə istinadla bildirir.

Müxbir zərbələrdən məktəb binası yaxınlığında 10 metrlik nəhəng yanğın çalası açıldığını, binanın pəncərələrindən çoxunun qırıldığını xəbər verib.

İtkilər haqda məlumat yoxdur.

Bu, son həftələrdə şəhər mərkəzinə ilk zərbələrdir. Kramatorsk Ukraynanın şərqindəki digər şəhərlər, o cümlədən Xarkov kimi vurulmayıb.

Müharibə şərqə yönəlir

Rusiya fevralın 24-dən Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayıb.

Martın sonunda Rusiya “əsas azadetmə səylərinin” şərq ərazilərə yönəldəcəyini bildirib. Moskva 2014-cü ildən Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.

Ukrayna ordusunun məlumatına görə, Rusiya qüvvələri şərqi Donetsk və Luqansk regionlarında Popasna və Rubijne şəhərlərini tutmağa çalışır.

Ukraynanın ikinci böyük şəhəri Xarkova giriş isə bloklanıb.

Rusiya Kiyevi və digər böyük şəhərləri sürətlə tuta bilməyəndən sonra Kiyev ətrafından qüvvələrinin böyük hissəsini geri çəkib.

ABŞ-ın aparıcı müdafiə rəsmisinin sözlərinə görə, Kiyev ətrafındakı Rusiya qüvvələrinin təxminən üçdə ikisi ya Belarusa gedib, ya da ora yola düşüb. Onların təchiz olunaraq, yenidən qruplaşaraq qayıdacağı güman edilir.

Yeddi humanitar dəhliz açılmalıdır

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk aprelin 5-də bir sıra ağır zərbələr görmüş ərazilərdən dinc sakinlərin evakuasiyası üçün yeddi humanitar dəhliz açılacağını deyib. Cənubda yerləşən Mariupol və Berdyansk liman şəhərləri də bu sıradadır.

Vereşçuk Telegram-da yazıb ki, bu şəhərlərdən şəxsi nəqliyyat vasitəsilə çıxaraq Zaporojye şəhərinə getmək olar.

Digər dəhlizlər Zaporojye regionundakı Tokmak, Luqansk regionundakı Severodonetsk, Lisiçansk, Popasna və Hirsk şəhərlərindən açılmalıdır.

“Rəhbərliklərinin vədlərinə baxmayaraq, Rusiya qüvvələri heç kəsin MAriupola girməsinə icazə vermirlər”, – Vereşçuk vurğulayıb.

Rusiyanın elan olunan dəhlizlər boyunca atışmanı saxlayıb-saxlamadığı bəlli deyil.

İndiyədək Ukraynanın humanitar dəhlizlərlə dinc sakinləri evakuasiya etmək cəhdləri əsasən alınmayıb.

XS
SM
MD
LG