Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Bayden və Si arasında iki saatlıq söhbət olub


ABŞ və Çin prezidentləri Co Bayden və Si Tsinpin arasında telefon söhbəti zamanı
ABŞ və Çin prezidentləri Co Bayden və Si Tsinpin arasında telefon söhbəti zamanı

İki lider Ukraynadakı müharibəni müzakirə ediblər

ABŞ və Çin prezidentləri Co BaydenSi Tsinpin arasında videobağlantı ilə iki saatlıq söhbət başa çatıb.

Bayden administrasiyası martın 18-də iki lider arasında yer almış telefon danışıqlarını “kommunikasiya xətlərinin açıq saxlanması üçün səylərin davam etdirilməsi” kimi səciyyələndirib.

Çin Xarici İşlər Nazirliyinin bu danışıqlar barədə açıqlamasında deyilir ki, cənab Si Baydenin diqqətinə onların 2021-ci ilin noyabrında yer almış virtual görüşündən bəri “beynəlxalq landşaftda böyük dəyişikliklərin baş verdiyini” çatdırıb.

Bəyanatda deyilir ki, “Ukrayna böhranı” Çinin görmək istədiyi böhran deyil:

“Hadisələr bir daha göstərir ki, ölkələr döyüş meydanlarında görüşmək nöqtəsinə çatmamalıdırlar. Münaqişə və qarşıdurma heç kəsin marağında deyil və beynəlxalq icma ən çox sülh və təhlükəsizliyə dəyər verməlidir”.

Rusiyanın hücumlarının səngidiyi deyilir

Martın 18-də Kiyevin Podolsk rayonuna raket zərbəsi nəticəsində bir nəfər həlak olub, 19 nəfər yaralanıb.

“Reuters” Kiyev şəhər administrasiyasına istinadla müharibə başlayandan paytaxtda 222 nəfərin həlak olduğunu açıqlayıb. Onların 60-sı dinc sakin, 4-ü uşaqdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və NATO ölkələrinin kəşfiyyat xidmətləri Rusiya qüvvələrinin hücumlarının intensivliyinin azaldığını bildirirlər. Əvvəl təhlilçilər Rusiyanın Kiyevi mühasirəyə alacağını deyirdilər. İndi isə, Ukrayna tərəfin məlumatına görə, itkilər Rusiya qüvvələrinə paytaxta hücuma keçməyə imkan vermir.

ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) gündəlik hesabatında qeyd edir ki, Kiyevin şimal-qərbində Ukrayna qüvvələri Rusiyanın böyük itki verməsinə səbəb olub, həmçinin Xarkova hücum dəf edilib.

***

Martın 18-də Putinin fransalı həmkarı Emmanuel Makronla da telefonla danışacağı gözlənir. Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba isə Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel ilə qaçqına çevrilmiş ukraynalılara köməyi müzakirə etdiyini deyir. Kuleba-nın Twitter-də yazdığına görə, Borrel ilə Aİ-nin Rusiyaya qarşı beşinci sanksiya paketini götür-qoy ediblər.

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücumu dayandırmağa, diplomatik həllin tapılmasına imkan yaratmağa, eyni zamanda humanitar fəlakəti önləməyə çağırıb.

Şoltsun ofisinin martın 18-də yaydığı bəyanata görə, iki lider “Ukraynada davam edən müharibə və onu saxlamaq cəhdləri ilə bağlı” iki saatadək danışıblar.

Əlavə açıqlama verilməsə də, Kreml ayrıca bəyanatında qeyd edib ki, “Rusiya tərəf geniş yayılmış prinsipial yanaşmalara uyğun olaraq həll yollarının axtarışını davam etdirməyə hazırdır”.

Almaniyanın Daxili İşlər Nazirliyi Moskvanın fevralın 24-də Ukraynaya səbəbsiz hücumu başlayandan 187 mindən çox adamın bu ölkəyə getdiyini bildirir. Ekspertlərsə bu rəqəmin daha çox olduğunu deyirlər. Artıq 2 milyondan çox insan qonşu Polşaya keçib və onların çoxunun Almaniyaya gedəcəyi gözlənir.

Polşa və Almaniya Şengen ərazisinə daxildir, bu isə həmin ölkələrdə sərhəd nəzarətinin olmaması deməkdir.

***

Rusiya qüvvələri Ukraynanın digər şəhərlərinə, o cümlədən Kiyevə hücumu intensivləşdirib. Kiyev ətrafının atəşə tutulduğu bildirilir.

Lvova raketlər Qara dənizdən buraxılıb, altı raketdən ikisi vurulub. Məlumatı Ukrayna hava qüvvələrinin qərb komandanlığı Facebook-da yayıb.

Dünya liderləri Kremlin mülki hədəflərə dəfələrlə hücum etməsinin araşdırılmasına çağırır. Əməliyyatlar başlanandan məktəblərə, xəstəxana və yaşayış məskənlərinə hücumlar olub.

Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Mariupolda isə teatrın dağıntıları arasında xilasetmə işləri davam edir. Sığınacaq kimi istifadə olunan teatr Rusiyanın hava zərbəsi nəticəsində dağılıb. Hadisədən bir gün keçməsinə baxmayaraq, ölənlər barədə məlumat yoxdur, dağıntılar altından sağ çıxanın olub-olmadığı haqda ziddiyyətli xəbərlər gəlir.

***

Ukraynanın qərbindəki Lvov şəhərinin meri martın 18-də aeroport yaxınlığındakı zavoda Rusiya raketləri düşdüyünü bildirir. Bu arada Yaponiya və Avstraliya Rusiya qurumlarına yeni sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Co Bayden isə çinli həmkarı Si Cinpinqlə danışmalıdır.

Lvovun meri Andrey Sadovıy təmir zavoduna bir neçə raket düşdüyünü, havada qatı tüstü yarandığını deyib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko daha öncə deyirdi ki, səhər saatlarında Lvovda bir neçə partlayış törədilib. “Şəhər ətrafında yanğınlar baş verib”, – o, Telegram kanalında yazıb.

Sadovıy rəsmilərin aeroport ətrafında vəziyyəti aydınlaşdırmağa çalışdığını söyləyib.

Sanksiyalar

Yaponiya və Avstraliya martın 18-də Ukrayna işğalına cavab olaraq Rusiya vətəndaşları və təşkilatlarına sanksiyalar açıqlayıblar.

Yaponiya 15 rusiyalıya və 9 təşkilata sanksiya tətbiq edir. Onların sırasında müdafiə rəsmiləri və Rosoboronexport dövlət silah ixracı şirkəti var.

Sanksiyalara aktivlərin dondurulması da daxildir. Yaponiya daha öncə də Rusiyaya qarşı bəzi tədbirlər elan edib.

Avstraliya isə mədən sənayesinə bağlılığı olan iki milyarder – Oleq DeripaskaViktor Vekselberqə sanksiya tətbiq edib.

Xarici işlər naziri Maris Peyn deyib ki, Avstraliya Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara sanksiyaları gücləndirmək üçün beynəlxalq tərəfdaşlarla sıx işləyir.

İndiyədək 41 oliqarx və onların yaxın ailə üzvlərinə maliyyə sanksiyaları, səyahət qadağaları tətbiq olunub.

Bayden Si ilə danışmalıdır

Baydenin Si ilə telefon söhbəti Pekinin “Rusiyaya Ukraynada istifadə üçün birbaşa hərbi avadanlıq yardımını nəzərdən keçirməsi” sarıdan narahatlıq fonunda baş tutacaq. Dövlət katibi Entoni Blinkenin jurnalistlərə dediyinə görə, Bayden Siyə aydın şəkildə deyəcək ki, Pekin “Rusiyanın təcavüzünü dəstəkləyəcək istənilən addımlara görə məsuliyyət daşıyacaq”.

Çin Rusiyanın Ukraynaya hücumunu pisləməyib. Pekin Ukraynanın suverenliyini tanıdığını, amma eyni zamanda Rusiyanın legitim təhlükəsizlik maraqlarının yoluna qoyulmalı olduğunu bildirir.

Martın 17-də Rusiya və Ukrayna arasında videoəlaqə vasitəsilə danışıqların dördüncü günündə də razılaşma əldə olunmayıb. Açıqlamanı Kreml yayıb.

'Vəziyyət çox təhlükəlidir' - Ukraynada yaşayan azərbaycanlılar danışır
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

BMT-nin Cenevrədəki İnsan haqları ofisi Ukraynada müharibədə 2032 dinc qurbanın qeydə aldığını bildirib. Onlardan 780 nəfəri öldürülüb, 1252 nəfər yaralanıb.

BMT 3.2 milyon dinc sakinin qonşu ölkələrə qaçdığını bildirir.

XS
SM
MD
LG