Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Ukrayna kabelinə görə BMW, 'Volkswagen' zavodları dayanıb


Arxiv fotosu
Arxiv fotosu

Rumıniyaya keçən 431 min ukraynalıdan yalnız 3 min 800 nəfər sığınacaq üçün müraciət edib

“The Financial Times” qəzeti Rusiyanın Ukraynaya qarşı müharibəsinin avtomobil istehsalçılarına təsirindən yazır. Ukraynadakı kabel zavodları bağlandığından BMW və Volkswagen şirkətlərinin Avropadakı zavodların işində fasilə yaranır.

Ukraynanın avtomobil sənayesi yeni yaranıb, ölkədə 40-dək ehtiyat hissə zavodunun olduğu bildirilir. Qəzet qeyd edir ki, bu ucuz materialı avtomobil istehsalçıları o qədər də dəyərləndirmirdilər. Amma avtomobil istehsalçıları artıq başlarına çarə qılmağa başlayblar.

Ukraynada gedən müharibə Azərbaycanın enerji bazarına necə təsir edir?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Fundamental və spesifik problem

“Kabel problemi fundamentaldır. Hətta yarımçıq avtomobili belə kabelsiz yığa bilməzsən”, – Parisdə yerləşən AlixPartners konsultasiya şirkətinin direktoru Aleksandr Marian deyir.

Digər hissələr başqa yerlərdə hazırlana bilər, ancaq kabellər hər avtomobil üçün spesifikdir. “Financial Times” istehsal yerini dəyişdirməyin də logistika probleminə yol açdığını yazır.

“Çox fərqli kabellər olur, 100 dənəni bir qutuya yığıb harasa göndərmək mümkün deyil. Böyük nəqliyyat problemi mövcuddur”, – proseslə tanış bir nəfər belə deyib.

Sənaye hesablamalarına görə, istehsal avadanlığının quraşdırılmasına 100 min funt sterlinqdən 2 milyon funt sterlinqə qədər vəsait, üç aydan altı aya qədər vaxt gedir.

“Mini” şirkətinin bəzi müştərilərinə çatdırılmalarda üç ayadək yubanmanın olacağı deyilib, çünki hissələri düzəltməyə yeni zavodlar tapılmalıdır.

Qəzet yazır ki, BMW və VW zavodlarını yenidən işə salıblar, amma kabelləri Ukraynada qalmış modellərin istehsalı mümkün olmayacaq.

Bəzi istehsalçılar, vəziyyətlə tanış adamlar Ukraynada bəzi təchizatçıların da işə başladığını söyləyiblər.

Qaçqınların iqtisadiyyata təsiri

“The New York Times” isə qaçqın böhranının Avropa iqtisadiyyatına təzyiqini araşdırıb.

Ukraynada müharibənin necə qurtaracağından asılı olmayaraq, Rusiya bombalarından qaçan milyonlarla ukraynalıya kömək asan olmayacaq. Bəzi ilkin hesablamalar göstərir ki, birinci ildə qaçqınların yerləşdirilməsi, daşınması, yedizdirilməsi, qaçqın axınının idarə olunması 30 milyard dollara başa gələcək.

“Növbəti bir neçə həftə humanitar və tibbi fövqəladə vəziyyətdir”, – Kaliforniya Universitetinin Qlobal Miqrasiya Mərkəzinin direktoru Covanni Peri söyləyib.

Qəzet Avropada iqtisadiyyatların hələ pandemiyadan bərpa olunmağa çalışdığını qeyd edir. Təchizat zəncirində tıxanmalar, yüksək inflyasiya qalmaqdadır. Özəlliklə bacarıqlı işçilərin nəhəng axını bur ölkənin istehsal həcmini artıra bilər, amma eyni zamanda iş bazarında rəqabəti də gücləndirər. Yanvarda Avropa İttifaqında 13 milyonadək insan işsiz idi.

BMT üç həftə içində Ukraynadan 3 milyon insanın qaçdığını bildirir. Müharibə davam edir və qaçqın axını güclənə bilər. Rəsmilər, miqrasiya ekspertləri və iqtisadçıları köçkün ukraynalıların hamısının qalıb-qalmayacağını deməyə tezdir.

2015-ci ildə Yaxın Şərq və Şimali Afrikada illərlə çəkən müharibə və terrordan 1.3 milyon miqrant qaçmışdı. Onlar üçün qayıtmaq variantı yox idi.

Ancaq Rumıniyaya keçən 431 min ukraynalıdan yalnız 3 min 800 nəfər sığınacaq üçün müraciət edib.

Bir məsələ də var ki, əksər tədqiqatlar işçi qaçqınların uzunmüddətli perspektivdə iqtisadiyyatların artımına kömək etdiyini göstərir – ölkənin istehsal gücü artır, vergilər ödənir, mağazaların, gözəllik salonlarının müştəriləri artır. 2015-ci ildə Almaniya əsasən Suriyadan olmaqla bir milyondan çox qaçqın qəbul edəndə bu tendensiya müşahidə olundu.

XS
SM
MD
LG