Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:27
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

900 nəfər Azərbaycana təxliyə edilib

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) martın 4-də Ukraynaya Rusiyanın hücumundan sonra bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb. Ətraflı

"İqtisadi müharibənin yeni erası"

İndiyədək 10 minədək insan, yaxud firma ABŞ-ın sanksiyalarına məruz qalıb. Bu, dünya ÜDM-sinin 27%-ni təşkil edən 50-dən çox ölkəni əhatələyir. Ətraflı

İndiyə qədər Ukraynanı 1,2 milyondan çox insan tərk edib

Rusiyanın Ukraynaya soxulmasının 10-cu günüdür. Ukraynanın müxtəlif bölgələrində döyüşlər davam edir: Kiyev yaxınlığında, Xarkov, Donetsk, Çerniqov, Sumi vilayətlərində, Xerson vilayətində. Ukrayna ordusu rus bölmələrini Nikolayevdən çıxara bildiyini bildirib. Mariupol və Volnovaxadan mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər açılıb.

Ukrayna ordusu xəbərdarlıq edib ki, işğalçı Rusiya qüvvələri paytaxt Kiyevi və Xarkovu mühasirəyə almaqda davam edir.

Ukrayna prezidenti Vladimir Zelenski martın 5-də səhər saatlarında yayımladığı videomüraciətdə deyib ki, o və yüksək rütbəli məmurlar Kiyevdə qalırlar:

"Biz döyüşməyə davam edirik. Dövlətimizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik"-Zelenski bildirib.

ABŞ dövlət katibi Antoni Blinken Brüsseldəki gərgin diplomatik səylər fonunda bildirib ki, Ukraynada vəziyyət “yaxşılaşmadan əvvəl daha da pisləşəcək”. Ukrayna ordusu martın 5-də, işğalın 10-cu günündə səhər tezdən yaydığı hesabatda bildirib ki, Rusiya qüvvələri hücumda hava dəstəyi və yüksək dəqiqlikli silahlardan istifadə edir.

Bir gün əvvəl toplanan NATO ölkələrinin xarici işlər nazirləri Kiyevin hava məkanının uçuşlar üçün qapalı zona ela edilməsi müraciətinə mənfi cavab veriblər.

Zelenski martın 4-də buna cavab olaraq bildirib ki, NATO-nun uçuşa qadağa zonası tətbiq etməkdən imtina etməsi “zəiflik” və birliyin olmamasından xəbər verir. Ukrayna ordusu martın 5-də bildirib ki, rus əsgərləri tutduqları əraziləri Rusiyanın dəstəklədiyi separatçıların mərkəzi hökumətə qarşı səkkiz illik müharibə apardığı Şərqi Luqansk və Donbas bölgələrinin inzibati sərhədlərinə qədər genişləndirməyə çalışır.

Ukrayna komandanlığı bildirib ki, Kiyev “düşmən hücumu” ilə mübarizəni davam etdirir. BMT-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də müharibəyə başlamasından sonra 300 mülki insan hələak olub, 1,2 milyondan çox insan isə Ukraynanı tərk edib.

Müharibədə sükut

Ukrayna, Mariupol, 27 fevral 2022
Ukrayna, Mariupol, 27 fevral 2022

Rusiya tərəfi Moskva vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.

Humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.

"Bu, vacib infrastrukturun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq", - Mariupol meri Vadim Boyçenko bildirib.

Rusiyada 15 il həbs nəzərdə tutan qanun martın 5-də qüvvəyə minib.

“Rusiya ordusu haqqında saxta məlumatlar” yaydığına görə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan qanunu imzalayıb.

Demək olar ki, bütün müstəqil Rusiya mediası fəaliyyətini dayandırıb, xaricdən işləyənlər və həmçinin Twitter və Facebook kimi iri sosial şəbəkələr də bloklanıb.

Martın 4-də Rusiya parlamentinin hər iki palatası “Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq” adlı qanunu təsdiqləyib və Putin də imzalayıb.

Hərbi senzura hesab edilən bu yeni qanuna görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamalarından fərqli olan istənilən məlumat saxta hesab olunur. Bu qanuna görə, İşğal və müharibəni həm də "işğal və müharibə" adlandırmaq mümkün deyil, "xüsusi əməliyyat”dır.

Ləğv edilmiş “Memorial”ın rəhbəri Aleksandr Çerkasov deyir ki, Rusiya hakimiyyəti Çeçenistan müharibələri zamanı da eyni cür davranıb – amma o zaman 15 ilədək müddətə ehtiyac yox idi.

Davamı

XS
SM
MD
LG