Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Boris Conson: Biz Ukrayna üçün kifayət qədər iş görmüşükmü? Düşünürəm ki, yox"

Boris Jonson , Ukrayna, 1 fevral 2022
Boris Jonson , Ukrayna, 1 fevral 2022

Böyük Britaniyanın baş naziri Boris Conson "New York Times" qəzetinə yazdığı məqalədə belə deyilir.

"Biz Ukrayna üçün az iş görmüşük. Bizim rus xalqına qarşı heç bir düşmənçiliyimiz yoxdur".

Boris Consonun yazdığına görə, "ötən həftə biz Ukraynadakı ürəkağrıdan zorakılıq səhnələrinə cavab olaraq təsirli və ruhlandırıcı Qərb birliyinin şahidi olduq. Onlarla Avropa ölkəsi Ukraynaya hərbi texnika göndərir. Amma biz Ukrayna üçün kifayət qədər iş görmüşükmü? Düşünürəm ki, yox".

Baş nazir məqaləsində yazır ki, "bizim rus xalqına qarşı heç bir düşmənçiliyimiz yoxdur, böyük bir millətə və dünya dövlətinə meydan oxumaq istəmirik. Biz (Kremlin-AR) gənc, günahsız rusları faydasız müharibəyə göndərmək qərarından ümidsizlik içərisindəyik".

Zelenski Moldova ərazisindəki separatçı bölgədən Ukraynaya raketlər atıldığını deyir

Ukrayna prezidenti Volodimir Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna prezidenti martın 6-da öz Facebook səhifəsindən etdiyi qısa açıqlamasında Vinnitsa hava limanının tamamilə dağıdıldığını deyib. O, hava limanına Rusiya hərbçilərinin 8 raket zərbəsi endirdiyini bildirib. Zelenskinin açıqlamasına görə, atəş Moldavada Respublikası ərazisindəki Kremlin nəzarətində olan separatçı Dnestryanı ərazidən “Kalibr” raketləri ilə həyata keçirilib:

"Əgər bu məlumat təsdiqini taparsa, formal olaraq bu, başqa bir “ölkə”nin hərbi əməliyyatlarda iştirakı deməkdir".

Volodimir Zelenski çıxışında həm də Qərb liderlərinə müraciət edib:

"Biz hər gün təkrar edirik. Ukraynanın səmasını bütün Rusiya raketlərinə, Rusiya hərbi təyyarələrinə, bütün o terrorçulara bağlayın. Humanitar hava zonası yaradın, raketlər, hava bombaları olmasın. Biz insanlarıq və bizi qorumaq, insanları qorumaq sizin humanitar borcunuzdur və siz bunu edə bilərsiniz."- Zelenski bildirib.

Rusiyada müharibəyə etiraz edən 1000-dən çox adam saxlanılıb

Simferopolda aksiya, arxiv foto
Simferopolda aksiya, arxiv foto

Ukraynaya qarşı müharibəyə etiraz olaraq Rusiyada etiraz aksiyalı davam edir. Son məlumatlara görə, artıq min nəfərdən çox etirazçı saxlanılıb. Bu barədə müstəqil insan hüquqları media layihəsi olan" OVD-İnfo" məlumat yayıb.

Səhiyyə naziri: Ukraynada 34 xəstəxana yarasız hala düşüb

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, atəş nəticəsində Ukraynada 34 xəstəxana yararsız vəziyyətə düşüb.

Nazirin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı artıq öz saytında xəstəxanalara hücumları qeydə alan Cenevrə Konvensiyasının pozulması ilə bağlı hesabatlar yerləşdirib.

Daha sonra bu məlumatlar beynəlxalq məhkəmələrə veriləcək.

Davamı

XS
SM
MD
LG