Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:25

Koçaryan Azərbaycanla sərhəd razılaşmasını istəmir


Ermənistan müxalifəti Yerevanda etirazlara başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Ermənistan müxalifəti Yerevanda etirazlara başlayıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkə vətəndaşlarını indiki hakimiyyətin Azərbaycanla hər hansı sənəd imzalamasına yol verməməyə çağırıb.

Onun fikrincə belə bir sənədin imzalanmasında həm Ermənistana, həm də Dağlıq Qarabağa təhlükə var.

Koçaryan bu bəyanatları noyabrın 8-də Yerevandakı Azadlıq meydanında keçirilən mitinqdə səsləndirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bundan əvvəl mediada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin noyabrın 9-da keçiriləcək videosammitdə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası, habelə regional kommunikasiyaların açılması haqqında sənədlərin imzalanacağına dair xəbərlər yayılmışdı.

Belə bir görüşün keçiriləcəyini Kreml də təsdiq etmişdi. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, belə bir videokonfransın nə vaxt keçiriləcəyinə dair dəqiq razılaşma yoxdur.

Koçaryan barrikadalardan danışır

Koçaryanın sözlərinə görə Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıması Dağlıq Qarabağın anklav vəziyyətində qalmasının təsdiqi olardı:

“Əgər bu baş versə, Qarabağ məsələsinin tənzimlənməsinin sonu olacaq. Bu o demək olacaq ki, məsələnin bir həll yolu qalır. Qarabağ Azərbaycanın tərkibində olacaq. Delimitasiya sadəcə olaraq başqa variant qoymayacaq”.

Keçmiş prezidentin sözlərinə görə belə bir sənədin imzalanmasından sonra Azərbaycan Dağlıq Qarabağı Ermənistanla birləşdirən yola, Gorus-Qafan yolunda olduğu kimi öz sərhədçilərini, gömrük məntəqələrini yerləşdirəcək və yol üzərindəki nəzarəti tam ələ alacaq.

Hayastan müxalifət fraksiyasının başçısı Robert Koçaryan deyib ki, noyabrın 8-də başlanmış bu etiraz mitinqi indiki hakimiyyət istefa verənədək davam edəcək:

“Biz mübarizə aparacağıq və əmin olun ki, biz hakimiyyəti ya barrikadalar, ya da seçki vasitəsilə qovacağıq. Və mən bu barrikadalarda sizinlə yanaşı dayanacağam”.

XS
SM
MD
LG