Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır


Dövlət Neft Fondu.
Dövlət Neft Fondu.

Dövlət Neft Fondu (DNF) Azərbaycan Mərkəzi Bankına (AMB-yə) bu il 7 milyard 500 milyon manat vəsait ayıracaq.

Belə hal ilk dəfədir ki, baş verməlidir.

Bu barədə prezident İlham Əliyevin yanvarın 10-da təsdiq etdiyi DNF-nin büdcəsində qeyd edilib. Büdcədə bildirilir ki, bu vəsait AMB-yə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə ayrılacaq.

Buna da bax:​ 2017-ci ildə manatı nə gözləyir?-VİDEO

DNF-nin 2017-ci il büdcəsi 6 milyard 113 milyon 266.2 min manat kəsirlə proqnozlaşdırılır. Fondun büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min, xərcləri isə 14 milyard 483 milyon 856 min manat məbləğində təsdiq edilib.

Fondun gəlirləri əsasən (7 milyard 550 milyon manat) karbohidrogen satışından əldə edilən xalis gəlirlərdən formalaşacaq.

Xərclərin əsas istiqamətini (6.1 milyard manat) dövlət büdcəsinə transfertlər tutur. Bundan başqa, qaçqınların, məcburi köçkünlərin sosial-məişət və məskunlaşması ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 90 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə 70 milyon manata ayrılması nəzərdə tutulub.

Buna da bax: Neft Fondu hər hərracda 30 milyon dollar satıb

Habelə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə 165 milyon 825 min, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 29 milyon 304 min, Cənub Qaz Dəhlizi layihələrinə də 496 milyon 155 min manat ayrılmalıdır.

Əslində...

Əslində Fondun büdcəsi indiyə kimi təsdiq edilməli idi. Fondun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi, icrası Qaydalarının 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”.

Buna da bax:​ Mərkəzi Bank 3 ton qızıl satıb

Qanunvericiliyin bu tələbi DNF yaranandan bu günədək yerinə yetirilməyib. Bir çox hallarda fondun büdcəsinin təsdiq olunmasına dair prezident fərmanı növbəti ilin 3-cü ayına kimi (4 ay) uzadılıb.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub.

Ondan, hazırda fondda 35.8 milyard dollar ehtiyatın qaldığı bildirilir.

XS
SM
MD
LG