Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:32

Robot killer zərərli balıqları yox edəcək


Aslan balığı
Aslan balığı

«Terminator» və «Matrix» filmlərində izlədiyimiz, insanları yox edib dünyanı təmizləyən süni intellektli robotlar, deyəsən, gerçəkləşməyə başlayır.

Amma insanları deyil, okeanlarda gəzib təbiətə zərər verən balıqları yox edən robotlar hazırlanıb.

CNN-nin xəbərinə görə, ABŞ-ın «Robots In Service of the Environment» (RISE) qurumu Atlantik okeanda aslan balıqlarını ovlayan robotlar hazırlayıb.

Bu balıqlar Atlantik okean üçün bir fəlakətə çevrilib. Onlar mərcan liflərini yox edir, okeanın ekosistemini pozurlar. Aslan balıqları çox yeyən olduqlarından körfəz bölgələrindəki balıqlara da risk yaradırlar. Bir aslan balığı yarım saat içərisində 20-yə qədər balıq yeyə bilər.

Robot killer bu balıqları aşkarlayıb elektroşok verərək, ağrı hiss etdirmədən öldürür.

Hələlik, robotlar sınaqdan keçirilir. Onun digər balıqları qorxudub-qorxutmadığı da yoxlanılır. Sınaqdan uğurla çıxarsa, Atlantik okeana daha çox robot yönləndiriləcək.

XS
SM
MD
LG