Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Əmanətlərin sığortalanma faizi 15%-ə qaldırıldı


Əmanəti olan Azərbaycan vətəndaşı
Əmanəti olan Azərbaycan vətəndaşı

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası sentyabrın 16-dan milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12 faizdən 15 faizə qaldırıb.

Qərar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılıb.

Buna da bax:​ Banklarda bütün əmanətlərin sığortalanması təklif olunur

16 sentyabrdan üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olarsa, bu əmanətləri Fond sığorta etməyəcək və onlara görə kompensasiya ödənilmir.

Verilən məlumata görə, 16 sentyabrdan üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olarsa, bu əmanətləri Fond sığorta etməyəcək və onlara görə kompensasiya ödənilmir.

Xarici valyutada əmanətlər illik 3 faizə yerləşdirilib.

Vətəndaşlar əmanətlərin sığortalanmasından ötrü heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyir.

Fond bildirir ki, iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Buna da bax:​ Ekspert: 'Manatla qorunan əmanətlərə faiz dərəcəsi 18-ə qaldırılmalıdır'

Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən sentyabrın 16-dan qorunan əmanətlərə maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15 faizdir. Martın 2-dən qorunan əmanətlərdən ötrü maksimal illik faiz dərəcəsi isə xarici valyuta üzrə 3 faiz həddində müəyyən edilib.

XS
SM
MD
LG