Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

'ANS ÇM' radiosunun cəriməsi tutulur


"ANS ÇM" radiosunun 1 milyonluq iddiası təmin olunmadı
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

"ANS ÇM" radiosunun 1 milyonluq iddiası təmin olunmadı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) «ANS ÇM» radiosuna təyin etdiyi 161 min manat cərimənin 77 min 266 manatının məcburi qaydada bu şirkətin bank hesabından tutulduğu bildirilir.

APA-nın xəbərinə görə, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.

«Televiziya və radio yayımı haqqında» və «Reklam haqqında» qanunların pozulmasını səbəb göstərərək MTRŞ «ANS ÇM Yayım və Media» şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat cərimələyib.

MTRŞ və ANS televiziyası arasında da serial çəkilişi ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Buna da bax-Mirşahin Ağayev: 'Biz belə ədalətsiz qərar gözləmirdik'

İki il əvvəl MTRŞ yerli kanallara serial çəkilişi üçün vəsait ayırıb. ANS-ə «Abşeron» serialının çəkilişinə görə 160 min manat ödənilib. Şura telekanalın həmin vəsaiti təyinatı üzrə xərcləmədiyini iddia edir.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib.

Məhkəməyə MTRŞ müraciət etmişdi. Şuranın ərizəsində göstərilib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılmışdı. Şura lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

XS
SM
MD
LG