Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

NİDA-çı gənc narkotik maddə ittihamı ilə 4 aylıq həbs edilib (Yenilənib)


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

Günün sonunda aldığımız məlumata görə Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamı ilə 4 aylıq müddətə həbs edilib. Qərarı Nərimanov Rayon Məhkəməsinin avqustun 13-də çıxardığı bildirilir.

Bu ittiuhamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Artıq vəkillər gənc fəalın müdafiəsinə cəlb edilib. Qərardan apellyasiya şikayəti veriləcək.

***

NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəmandan 4 gündür ki, xəbər yoxdur. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində - “Bandotdel”də saxlandığı bildirilir.

NİDA-dan veroilən xəbərə görə Elgiz Qəhramanı avqustun 12-də naməlum şəxslər yaxın dostu ilə birgə saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Onun dostu bir saatdan sonra buraxılıb. NİDA-çı gənci isə idarədə saxlayıblar. Ailə üzvləri istəmədiyindən onun saxlanması xəbəri indiyədək ictimailəşdirilməyib.

NİDA-dan deyildiyinə görə, idarədən ailəsinə bilgi veriləcəyi bildirilsə də, indiyədək Elgiz Qəhrəmandan xəbər yoxdur. Ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə də müraciət edib, ancaq yenə də məlumat verilməyib.

Buna da baxın: Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir

NİDA hərəkatı həmçinin, E.Qəhrəmanın Fətullah Gülən tərəfdarı olması haqda avqustun 15-də bəzi media orqanlarında yayılan xəbərləri də təkzib edib.

Hərəkatdan deyiblər ki, “E.Qəhrəman ictimai-siyasi fəal olaraq hər zaman “gülənçilərin” əleyhdarı olub. Onun “gülənçilərə” bağlanması şərləmədən başqa bir şey deyil”.

Elgiz Qəhrəmanın Türkiyədə təhsil aldığı deyilir. O, riyaziyyat və siyasi bilimlər üzrə təhsil alıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, hələlik, gəncin saxlanmasına münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG