Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Kredit borcuna görə özünü zəhərləyənlər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bu ilin fevralında 6 nəfərin banka borclu olduğuna görə sirkə turşusu içərək intihara cəhd etdiyi bildirilir. Həmin şəxslərin Klinik Tibbi Mərkəzə yerləşdirildiyi qeyd edilir.

APA-ya bu haqda Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov danışıb.

«Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib»,-deyə o qeyd edib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. İndi Azərbaycanda 1.5 milyard manatdan çox problemli kreditlərin olduğu bildirilir.

Mətbuat yazır ki, ölkədə kredit borclarına görə intiharların sayı artıb. İntiharların səbəbini araşdıran ayrıca mərkəz olmadığından, bir çox halların qapalı qaldığı düşünülür.

XS
SM
MD
LG