Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Qanunsuz sahibkarlığa cərimə cəzası


Cinayət Məcəlləsi
Cinayət Məcəlləsi

-

İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.

Prezident İlham Əliyev Cinayət Məcəlləsində bununla əlaqədar edilən dəyişiklikləri təsdiqləyib.

Söhbət Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən yeni qeydin qüvvəyə minməsindən gedir. Yəni, qanunsuz sahibkarlıqda günahlandırılan şəxs bunu ilk dəfə törədirsə, ziyanı tamamilə ödədikdə və əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, cinayət məsuliyyətindən azad olunur.

Hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək həbslə cəzalandırılır.

XS
SM
MD
LG