Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Prezidentdən açıq hökumət sərəncamı


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev aprelin 27-də «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiq edib. Bu haqda President.az xəbər verir.

Ölkə başçısının sərəncamına görə, planın məqsədi açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı yeni mexanizmlərin tətbiqidir. Bundan başqa, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi də hədəf seçilib.

Sərəncama əsasən, icra hakimiyyəti orqanları planın icrası ilə bağlı hər il Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya illik hesabat verəcək.

Sərəncama görə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya planın icrası ilə bağlı ictimaiyyəti davamlı bilgiləndirməlidir.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG