Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Azərbaycan neftinin əsas alıcısı İtaliyadır


Arxiv fotosu
Arxiv fotosu

2015-ci ildə Azərbaycan neftinin əsas alıcısı İtaliya olub. Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən Kamran Məmmədzadə deyib.

Trend-in xəbərinə görə, SOCAR rəsmisi qeyd edib ki, 2015-ci ildə bütün ixrac edilən neftin 25 faizi İtaliyaya göndərilib.

«Ümumilikdə ötən il 35 milyon ton Azərbaycan nefti ixrac edilib. Onun ən iri idxalçısı 25 faizlə İtaliya olub. Azərbaycan neftinin 13 faizini Almaniya, 10 faizini İndoneziya, 9 faizini İsrail, 8 faizini isə Fransa alıb» - deyə SOCAR rəsmisi qeyd edib.

XS
SM
MD
LG