Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Jurnalisti döyüb öldürənlərin yaxınları hökmdən sonra- [Fotolar]

-
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən beş nəfərə hökm oxunub.

Onlardan Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev 9 il azadlıqdan məhrum edildi.

Təqsirləndirilən şəxslərin valideynləri və vəkilləri hökmün ədalətsiz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Məhkəmənin qərarından sonra onlar Prezident Administrasiyasına gedərək hüquq şöbəsinin rəhbəri Fuad Ələsgərovla görüşmək istəyiblər.

Ancaq təqsirləndirilən şəxslərin yaxınlarını Ələsgərovun köməkçisi qəbul edib.

Davamı

Bölmələr

XS
SM
MD
LG