Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

R.Cəbrayılovun layihəsi komitədən keçdi


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov

-

«İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb. «Report»un xəbərinə görə, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində nəzərdən keçirilib.

Layihənin müəllifi Rəfael Cəbrayılov deyib ki, bunda Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsi nəzərdə tutulur: «Azərbaycanda insan hüquq və azadlıqları prioritet məsələdir. Bəzən dövlətlərarası orqanların qərarları ikili standartlar əsasında olur, ölkəmizin maraqlarına uyğun gəlmir. Burada söhbət Azərbaycanın hansısa beynəlxalq öhdəliyinin imtinasından getmir. Həmin qərarların Azərbaycan Konstitusiyasına uyğunluğundan söhbət gedir. Bir daha qeyd edirəm ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edir. Belə bir qanun layihəsinin qəbul edilməsi digər ölkələr üçün də nümunə ola bilər».

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

Azərbaycanda bu layihənin tənqidçilər də var. Bəzi müxalifət təmsilçiləri düşünür ki, bu layihə Avropa İnsan Haqları Məhkəməsinin vicdan məhbusu sayılan insanlarla bağlı verdiyi qərarlardan imtina etmək üçün hazırlanıb. Elə parlamentin özündə də layihəni müsbət qarşılamayanlar var.
Deputat F.Mustafa bir müddət öncə AzadlıqRadiosuna açıqlamasında demişdi ki, bu layihə müzakirəyə çıxarıldığı halda onu müdafiə etməyəcək.

Rusiyada artıq buna oxşar qanun qəbul edilib.

XS
SM
MD
LG