Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Neftin qiyməti 25-45 dollar arasında dəyişəcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

2016-nın ikinci rübündə neftin barrelinin qiyməti orta hesabla 25 ilə 45 dollar arasında olacaq.

Nüfuzlu beynəlxalq investisiya bankı «Goldman Sachs»ın yeni açıqladığı hesabatda belə deyilir.

Bu ilin ilk rübü üçün neftin orta qiymətinin 20 ilə 40 dollar arasında olacağını təxmin edən «Goldman Sachs» gələn rüb üçün qiymət proqnozunu 5 dollar yuxarı qaldırıb.

Hesabatda qeyd olunur ki, aşağı neft qiymətləri ABŞ və digər qeyri-OPEC ölkələrinin neft hasilatlarında azalmaya və qlobal tələbatda artmaya səbəb olacaq.

Sənəddə neft bazarının tələb-təklif tarazlığını tapması üçün qiymətlərin bir müddət daha aşağı qalmasının vacib olduğu qeyd edilir. «Qiymətlərin tez və sürətli şəkildə yüksəlməsi yeni başlayan hasilatın azalması prosesini poza bilər», - deyə hesabatda vurğulanır.

Hesabatda deyilir ki, ABŞ-ın neft ehtiyatları azalacağı təqdirdə gələn il qiymətlərdə artım davam edə, 55 ilə 60 dollar arasında ola bilər.

«Goldman Sachs» keçən ilin dekabrında neftin qiymətinin 20 dollara qədər geriləyəcəyini proqnozlaşdırmışdı.

XS
SM
MD
LG