Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:40

QHT təmsilçiləri P.Agramunt-la görüşüb


Pedro Agramunt
Pedro Agramunt

-

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri AŞPA prezidenti Pedro Agramunt-la görüşüblər.

Bu barədə AzadlıqRadiosuna görüş iştirakçıları məlumat veriblər.

Görüşdə media və vətəndaş cəmiyyəti institutlarının hazırkı durumu, problemləri müzakirə olunub.

Bundan başqa, siyasi məhbuslar, amnistiya və seçkilərlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bakıda səfərdə olan AŞPA prezidentinin bir sıra rəsmi görüşlərlə yanaşı, həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədova da baş çəkəcəyi gözlənilir.

P.Agramunt AŞPA prezidenti olana qədər AŞPA-nın Azərbaycan üzrə iki həmməruzəçisindən biri idi.

XS
SM
MD
LG