Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:24

Klub prezidentinin atasının həbsi uzadıldı


Beynəlxalq Bank
Beynəlxalq Bank

-

Nərimanov Rayon Məhkəməsində «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan «City Developer» MMC-nin direktoru Ratmir Bəkirovun həbs müddəti uzadılıb. «Report»un xəbərinə görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən iclasda işadamı barəsində həbs müddəti üç ay artırılıb.

R.Bəkirov 2015-ci ildə saxlanıb. Onun «Azərbaycan Beynəlxalq Bankı» ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir. R.Bəkirov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

R.Bəkirov fəaliyyəti dayandırılan «Simurq» klubunun prezidenti Anar Bəkirovun atasıdır.

XS
SM
MD
LG