Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Öz əlin kimi tərpənən protez əl hazırlanıb


Yeni protez
Yeni protez

-

ABŞ-ın Con Hopkins Universitetinin alimləri beyinlə yönəldilən yeni protez hazırlayıblar.

«The Daily Mail» yazır ki, yeni cihazın özəlliyi barmaqların hərəkətini ayrı-ayrılıqda tənzimləməsidir. Qurğunun analoqları bütün barmaqlardan eyni anda istifadə etdiyindən, bu halda yalnıznəyisə tutmaq mümkün idi.

Yeni texnologiya yaratmaq istəyən alimlər insan beynini diqqətlə öyrənərək, barmaqların tərpənməsini təmin edən hissəni tapıblar. Beyin siqnallarını izləməklə, daha sonra barmaq hərəkətlərinin tənzimləyən protez proqramlaşdırılıb.

Sınaq zamanı ayrıca proqramla könüllü bir şəxsin beyninə 128 elektrod ötürücü qoşan tədqiqatçılar bu adamın hər barmağı tərpəndikcə onun beyninin aktivləşən hissələrini qeydə alıblar.

Mütəxəssislərin sözlərinə görə, bu metod digərlərindən daha səmərəlidir və 76 faiz dəqiqliyi var.

XS
SM
MD
LG