Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Ehtiyatda olan mayorun pensiya tələbi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Suraxanı rayon Sosial Müdafiə Mərkəzi nə məhkəməni saya alır, nə də onun çıxardığı qərarı…».

XİDMƏTİ VƏZİFƏDƏ XƏSARƏT ALIB

Bakı sakini Rövşən Novruzov deyir, məhkəmə qərar çıxararaq 2 min 926 manatın ona ödəməsini öhdəliyini Suraxanı rayon Sosial Müdafiə Mərkəzinin üzərinə qoyub. Ancaq Mərkəz məhkəmə qərarını icra etmir.

Rövşən Novruzov Laçın rayonunun Pircahan kəndindən məcburi köçkündür. 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan mayorun sözlərinə görə, ötən ilin noyabrından müraciət etsə də, baxılmır:

«18 il hərbi xidmətdə olmuşam. Xidməti vəzifəmi yerinə yetirərkən xəsarət almışam. Xəstəliyimlə əlaqədar ehtiyata buraxılmışam. 2013-cü ildə ordudan tərxis olunduqda mənə verilmiş xəstəlik haqqında qərarda xidmət dövrü xəstəliklər qeyd olunub. Ötən il Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etdim. Qərara düzəliş edərək orada «hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır» sözlərini yazdılar».

«19 AYLIQ TƏQAÜD 2 MİN 926 MANAT EDİR»

Rövşən Novruzovun dediyinə görə, komissiyanın qərarını alandan sonra topladığı sənədləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə verib. Ancaq Suraxanı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ödənilməli olan təqaüdü ala bilməyib:

«Prezident təqaüdçülərinə ayda 130 manat ayrılmalıdır. 2014-cü ilin martından 2015-ci ilin oktyabrına qədər mənə ödənilməyən 19 aylıq təqaüd 2 min 926 manat edir. Bu məbləğin mənə ödənilməsi üçün məhkəməyə də müraciət etdim. Məhkəmə tələbimi təmin etdi».

Suraxanı rayon Sosial Müdafiə Mərkəzindən isə bildiriblər ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin çıxardığı qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Hərbi əlilə 2 min 926 manatın ödənib-ödənməməsi yuxarı məhkəmələrin qərarlarından sonra bəlli olacaq.

XS
SM
MD
LG