Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

Belçikada miqrantlara hovuz qadağası


arxiv foto
arxiv foto

-

Belçikanın dəniz sahilində yerləşən Koksijde şəhərində miqrantların hovuzda üzmələri qadağan edilib.

Şəhər bələdiyyəsinin rəhbəri Marc Vanden Bussche deyib ki, bu qərar şəhər sakinlərinin təhlükəsizliyinin qorunması üçündür. Bələdiyyə sədri həftə ərzində baş verən iki hadisənin onu belə bir qərar verməyə vadar etdiyini bildirib.

Həmin iki hadisədən birində miqrantlardan biri hovuzda üzənlərdən gözünü çəkmirmiş. Başqa bir qaçqın isə hovuzda azyaşlı qıza bilərəkdən toxunubmuş.
Marc Vanden Bussche deyib: “Hovuzda üzmək qaçqınlar üçün elə də böyük əhəmiyyət daşımır. Ancaq şəhər sakinlərinin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır”.

Belçika hökuməti yeni il gecəsi Almaniyanın Köln şəhərində “kütləvi təcavüz” hadisələrinə görə miqrantlara qarşı yeni qaydalar hazırlayır. Bu qaydalardan biri qaçqın düşərgələrində əks cinsdən olanlara qarşı necə rəftar etməklə bağlıdır.

Bu qaydalara görə hökumət irqçilikdə ittiham olunur.

XS
SM
MD
LG